Hansında Bakteriya daha çoxdur? - Telefonda, yoxsa unitazda?

Hansında Bakteriya daha çoxdur? - Telefonda, yoxsa unitazda?
Britaniya tabloidi "Daily Mail” Surrey Universitetinin mobil telefonlarla bağlı bir araşdırması haqqında yazı dərc edib.
 
Yazıda qeyd olunur ki, mobil telefonlar çox təhlükəli bakteriyaların məskəni ola bilər.
 

Günümüzdə çoxlarımız mobil telefonlarımızı əlimizdən yerə qoymuruq. Həmçinin smartfona qədər olan  dövrdə bu telefonlar vasitəsilə nəinki digər insanlarla əlaqə saxlamaq, həmçinin İnternetə çıxış əldə etmək və onun media imkanlarından faydalanmaq mümkün idi. Müasir və günü-gündən yenilənən proqramlar sayəsində mobil telefonlar naviqasiya, sohbət, müxtəlif oyunlar üçün əvəzolunmaz amilə çevrilir.

Müntəzəm olaraq istifadə olunan əşyalar, məsələn, açar, qəpik pullar, əskinaslar istifadə edildikcə öz üzərinə xeyli miqdarda çirk yığır. Telefon dəstəyi də bu yöndə istisna deyil. Bir çox hallarda toplanan mikroorqanizmlər nisbətən təhlükəsizdir, onlar sadəcə yaxşı yuyulmamiş əllərin və ya çirkili səthlərə toxunmanın verdiyi nəticələrdir. Ancaq elə hallar da var ki, onlar dəridə səpgi, qanın və qidanın zəhərlənməsi kimi təhlükə daşıyır.

Britaniya alimləri 30 telefon korpusunu mikroorqanizmlər üçün əlverişli mühit təşkil edən Petri qabına salıblar. Fotoda telefonun təcrübəyə başlanılan gündəki tərkibi yox, üç günlük inkişafın nəticələri göstərilib.

Təcrübədə bəzi hallarda qızılı stofilokokkun təzahürlərinə rast gəlinib. Hesab olunur ki, əhalinin təxminən beşdə bir hissəsi bu bakteriyanın daşıyıcısıdır.  Bu bakteriya dəridə  və yuxarı tənəffüs orqanlarının selikli qişasında məskən salır və insan xəstə sayılmır. Ancaq dəri qatının hər hansı zədələnməsi zamanı bu mikroblar yaraya düşə və infeksion xəstəliklər əmələ gətirə bilər. Təhlükənin ciddiliyi sızanaqlardan tutmuş impetiqo, pnevmoniya, meningit, sepsis, infeksion-toksik şoka qədər özünü göstərə bilər. Bakteriya zədələnmiş səthlərdə insana insana da keçmə xüsusiyyətinə malikdir.

Telefon faunasının digər təhlükəli nümayəndəsi Bacillus mycoides adlı bakteriyadır . Adətən bu bakteriyaya torpaqda rast gəlinir, yəni böyük ehtimalla, telefon aparatı və ya onun sahibi bir müddət əvvəl torpaqla təmasda olub.

Testlər göstərib ki, mobil telefonda orta hesabla kişi ayaqyolundakı suaxıdıcı dəstəkdə olan bakteriyalardan 18 dəfə çox bakteriya mövcuddur. Sınaqdan keçirilən telefonlardan təxminən dörddə birində yoluxma səviyyəsi qəbul olunan normanı on qat keçib.  Bir nümunə isə o qədər çirkili olub ki, hətta onunla adi danışıq belə mədə-bağırsağın pozulmasına gətirib çıxara bilərdi.

Bu səbəbdən heç olmasa həftədə bir dəfə öz "cib dostunuzun” təmizlənməsinə vaxt ayırın , belə olduğu təqdirdə xəstələnmək, hər hansı infeksiyaya yoluxmaq riski də azalacaq.

Telefonun təmizlənməsi elə də asan iş deyil, bu zaman olduqca ehtiyatlı olmaq lazımdır. Telefonu təmizləmədən əvvəl onu söndürün. Mikrofiber bez götürün (onu məişə əşyaları və optik mağazalardan əldə etmək olar), bir küncünü birazca su ilə isladın və ekranı silin. Sonra bir daha bezin digər quru küncü ilə silin. Pambıq çoplə toz və çətin əl çatılan yerlərdə yığılan qırıntıları təmizləyin.

Bəzi texniki avadanlıq məhsulları istehsalçıları mobil telefonların təmizlənməsi üçün spirt tərkibli və kimyəvi maddələrin istifadəsini məsləhət görmürlər, ancaq buna baxmayaraq özləri telefon təmizliyi üçün xüsusi spirtli salfetlər satışa çıxarırlar. Belə salfeti ev şəraitində də əldə etmək mümkündür. Etil və ya 70 faizli izopropil spirtini 1:1 nisbətində su ilə qarışdırın. Xov buraxmayan yumşaq bezi bu suda isladın və yüngülcə ekranı silin. Heç bir halda kağız salfetdən istifadə etməyin.

Telefonunuzu ölçüsündə və ağılla təmizləyin, bu zaman sizin mobil telefonunuz keyfiyyətli şəkildə çalışacaq və onun səthi bakteriyalardan qorunmuş olacaq.




OXŞAR XƏBƏRLƏR

Tərtər çayında yeniyetmə boğuldu

Bərdə rayonunda yeniyetmə Tərtər çayında boğulub.   Sfera.az Report-a istinadən xəbər verir ki, Ağdam rayon sakini - 2010-cu il təvəllüdlü Əli F...

Yeni Azərbaycan Partiyasının Zaqatala Təşkilatı Heydər Əliyevin 102-ci ildönümünə həsr olunan görüş təşkil olundu - Fotolar

Yeni Azərbaycan Partiyasının Zaqatala Təşkilatı sədri Fərid bəy Ramazanovun təşəbbüsü ilə təşkilat əməkdaşlarıyla Zaqatala rayon Heydər Əliyev adına Mərkəzdə da...

Bakıda 5 otaqlı ev yandı

Bakının Xəzər rayonunda yanğın olub.   Fövqəladə Hallar Nazirliyindən Sfera.az-a verilən məlumata görə, Bakı şəhərinin Xəzər rayonunda ümumi sah...

Ermənistan müxalifəti Paşinyanın impiçmentini istəyir - Proses başlayıb

Ermənistanın Vahid Milli Konstitusiya Partiyası ölkənin baş naziri Nikol Paşinyana etimadsızlıq votumu bildirilməsi prosesinə başlayıb.   Sfera.az &l...

Avropanın ən yaxşı 10 çimərliyi - Siyahıda Türkiyə də var

İngiltərənin tanınmış qəzetlərindən olan “The Guardian” Avropanın ən gözəl çimərlikləri ilə bağlı oxucuları arasında sorğu keçirib. Sfera.az xə...

Halit Ergenç və Rıza Kocaoğluna 4 ilə qədər HƏBS TƏLƏBİ - VİDEO

Məşhur türkiyəli aktyorlar Halit Ergenç və Rıza Kocaoğlu menecer Ayşe Barıma qarşı aparılan istintaqda yalan ifadə verdiyi iddiası ilə hər b...