Donald Tramp: ‘‘Heç vaxt Rusiya üçün işlәmәmişәm’’

Donald Tramp: ‘‘Heç vaxt Rusiya üçün işlәmәmişәm’’
Amerika Birlәşmiş Ştatlarının Prezidenti Donald Tramp heç vaxt  Rusiyaya işlәmәdiyini deyib.

Ağ Evdә jurnalistlәrin suallarını cavablandıran Donald Tramp New York Times qәzetinin yaydığı ABŞ Federal Tәhqiqat Bürosunun Trampın prezident seçildiyi 2017-ci ildә Rusiyaya işlәyib-işlәmәdiyi ilә bağlı təhqiqata başladığı ilә әlaqәdar  iddiasına münasibәt bildirib.

Donald Tramp bir jurnalistin Rusiyaya işlәyib-işlәmәdiyi ilә bağlı sualını cavablandıran Donald Tramp deyib: ‘‘Bu böyük bir yalandır’’.

Tramp bununla New York Times  qəzetində Federal Təhqiqat Bürosunun rəsmilərinin onun "bilərəkdən Rusiyaya işləyib-işləmədiyi, ya da bilmədən Moskvanın təsiri altına düşüb-düşmədiyi” ilə bağlı təhqiqata başladıqları haqda məqaləyə reaksiya verib.

Federal Təhqiqat Bürosunun rəsmiləri Trampın  "bilərəkdən Rusiyaya işləyib-işləmədiyi, ya da bilmədən Moskvanın təsiri altına düşüb-düşmədiyi” ilə bağlı təhqiqata başladıqlarıni bildirmişdi.

Xәbәrdә deyilir ki,  buna sәbәb  Trampın 2017-ci may ayında Rusiya təhqiqatına rəhbərlik edən Federal Təhqiqat Bürosunun o zaman rəhbəri olmuş Ceyms Komini vəzifədən azad etdikdən sonra davranışı olub.

OXŞAR XƏBƏRLƏR