ABŞ-da İran jurnalisti həbs olundu

ABŞ-da İran jurnalisti həbs olundu
İranın PressTV telekanalının qadın jurnalisti Mərziyə Haşimi Vaşinqtonda saxlanılıb.

Bu barədə çərşənbə günü telekanalın "Twitter" mikrobloquna yerləşdirilən məlumatda deyilir.

"Bizə PressTV-nin jurnalisti və "xəbərlər"in aparıcısı Mərziyə Haşiminin Vaşinqtonda tutularaq həbs edildiyi xəbər verilib. Onun həbsinin səbəbləri aydın deyil", - deyə məlumatda qeyd edilir.

Bildirilir ki, hazırda jurnalistə qarşı heç bir rəsmi ittiham irəli sürülməyib.


OXŞAR XƏBƏRLƏR