İlham Əliyev nazirləri növbəti dəfə topladı

İlham Əliyev nazirləri növbəti dəfə topladı
İlham Əliyev nazirləri növbəti dəfə topladıİlham Əliyev nazirləri növbəti dəfə topladı
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda qaldırılan məsələlərlə əlaqədar Nazirlər Kabineti Aparatının növbəti iclası keçirilib.

Nazirlər Kabinetinin Mətbuat xidmətindən  verilən məlumata görə, Baş nazir Novruz Məmmədov 2018-ci ildə ölkəmizin əldə etdiyi uğurlu nəticələrdən, aparılan iqtisadi islahatlardan, yeniliklərdən bəhs edib və iclas zamanı Prezident İlham Əliyevin qeyd etdiyi istiqamət və hədəflərin hökumət üçün əsas meyar olduğunu bildirib. Ötən ildə atılan addımlar iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin artırılması baxımından ölkəmizin dünya miqyasında reytinqinin yüksəlməsinə səbəb olub. Xüsusən də, vergi və gömrük sahələrində institusional dəyişikliklər, şəffaflıq və sağlamlaşdırma tədbirləri müsbət nəticələr verib. Əhalinin aztəminatlı hissəsinin, şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin, məcburi köçkünlərin sosial problemləri daim dövlətin diqqət mərkəzindədir.

İlin mühüm hadisələri olan "Azerspace-2” peykinin orbitə çıxarılması, Cənub Qaz Dəhlizinin, TANAP qaz kəmərinin, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının, Türkiyədə ən böyük layihələrdən olan "STAR” neft emalı zavodunun açılışları, Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanması dövlətimizin başçısının apardığı məqsədyönlü siyasətin əməli nəticələridir.

Baş nazir vurğulayıb ki, 2019-cu ildə də ölkəmizdə mühüm işlərin həyata keçirilməsi, idarəetmədə yeni yanaşmanın tətbiq olunması nəzərdə tutulub. Bu il yeni Sumqayıt-Rusiya sərhədi yolunun inşası, həmçinin 100-dən çox məktəb binasının tikintisi, 10-a yaxın mərkəzi rayon xəstəxanasının, üç Olimpiya İdman Kompleksinin, beş "ASAN xidmət” mərkəzinin, Bakı şəhərində "DOST” mərkəzlərinin istifadəyə verilməsi nəzərdə tutulur.

Aqrar sahənin inkişafına nəzər salan Baş nazir Novruz Məmmədov ötən ildə aparılmış meliorativ tədbirlər nəticəsində əkin dövriyyəsinə cəlb olunmuş torpaqların səmərəli istifadə edilməsi ilə bağlı tədbirlər barədə də danışıb.

Sonda sosial-iqtisadi inkişafın nəticələrinə dair fikir mübadiləsi aparılıb, Prezident İlham Əliyevin iclasda verdiyi tapşırıqların icrası ilə əlaqədar hökumət tərəfindən həyata keçirilməsi nəzərdə tutulan tədbirlərlə bağlı Nazirlər Kabineti Aparatının aidiyyəti şöbələrinə müvafiq göstərişlər verilib.

OXŞAR XƏBƏRLƏR

Aata qızının başına müşahidə kamerası quraşdırdı - SƏBƏB

Pakistanda kişi qızını daim izləmək və fəzilətini qorumaq üçün onun başına böyük müşahidə kamerası quraşdırıb. Sfera.az xəbər verir ki, bu barədə The Expre...

Zaxarova: Paşinyanın KTMT təhlükəsi ilə bağlı sözləri sağlam düşüncəyə ziddir

Ermənistanın Baş naziri Nikol Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) respublikanın suverenliyinə təhdidlə bağlı bəyanatları sağlam d...

Mehriban Əliyeva bərpadan sonra Üzeyir Hacıbəylinin ev-muzeyində -VİDEO

​​​​​Birinci vitse-prezident Mehriban Əliyeva bərpadan sonra Üzeyir Hacıbəylinin ev-muzeyindən paylaşım edib.   Sfera.az xəbər verir ki, paylaşı...

Azərbaycanda bu avtomobillər yenə bahalaşdı

Avtomobil bazarında ardıcıl 3 ay qiymət azalmalarından sonra yenidən artım qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Trend-ə İqtisadi və Sos...

Muxtar Babayev Masahiro İmai ilə görüşdü

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Azərbaycan-Yaponiya iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Masahiro İmai ilə görüşüb....

Ağdamda tikilən evlərin - FOTOLARI

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev sentyabrın 19-da Ağdam rayonunun Kəngərli kəndində aparılan bərpa işləri ilə tanış olub.   Sfera.az-ın ...