Dərsliyi kim yazmalıdır?- Ekspertdən maraqlı yanaşma

Dərsliyi kim yazmalıdır?- Ekspertdən maraqlı yanaşma
Orta məktəb dərsliklərindəki problemlər daima mətbuatda səsləndirilib. Hətta rəsmi şəxslərin dilindən də eşidilib. Əsas problem isə siniflər üzrə rabitəliliyin olmamasıdır. Yuxarı siniflərə qalxdıqca dərsliklər arasındakı fərqlər, ziddiyətlər üzə çıxır.
 
Belə ki, IX-cu sinifə qədər dərsliklər Azərbaycan Milli Elmlər Akademiyasının mütəxəssisləri tərəfindən hazırlanır. X-XI-ci siniflər üçün dərsliklər isə orta məktəb müəllimləri tərəfindən hazırlanır.
 
Təhsil eksperti Kamran Əsədov da bu problemin ciddi olması qənaətindədi. Sfera.az-a verdiyi açıqlamada  Kamran Əsədov maraqlı məqamlara toxunub:
 
” Orta ümumtəhsil məktəblərin dərslikləri orada işləyən müəllimlər tərəfindən hazırlanmalıdı. Çünki bu akademik səviyyə deyil. Nəzərə alsaq ki orta məktəblərdə çalışanların hamısı ali təhsil alıbllarŞ bu o deməkdir ki onların ixtisas üzrə minimum bilikləri var. "Burada məsələ ondan ibarətdir ki, istifadə olunan dərsliklər öncədən müəyyənləşdirilmiş heyət tərəfindən yazılmır. Təhsil Nazirliyi tender elan edir. Müəllif kollektivi tenderə qoşulurlar. Bir dərslik nümunəsi yaradıb tenderdə iştirak edirlər. Tenderdə ən yüksək bal toplayan dərsliklər orta məktəblər üçün buraxılır. Maraqlı məqam odur ki, hətta ən az bal toplamış dəsrliklər keçid balı toplamasalar belə keçə bilirlər. IX-cu sinifə qədər olan dəsrliklərlə yuxarı siniflərdəki dəsrliklər arasında ziddiyyətlər var. Məsələn X-cu sinifin tarix dərsliyi ilə VI-VII-ci siniflərin tarix dərsliklərində hadisələrin baş vermə illərinə görə fərqlər var. Birində 1501 yazılıb, digərində 1502 və s.”
 
Təhsil eksperti vurğulayıb ki, akademik səviyyədə yazılmış kitablar şagirdlərin psixologiyasına uyğun deyil. 
 
"Çünki tələb olunan minimum ehtiyacları ödəmir. Dərslikləri yazarkən orta məktəb müəllimləridən, repetitorlardan və dünya təcrbəsindən istifadə etmək lazımdı. Dərsliyin səviyyəsi şagirdə uyğun olmalıdı. Məsələn, Azərbaycan dili dərsliyində felin bütün növlərini salmamalısınız. Və ya tarix fənnində Amerikanın prezidentlərinin hamısının adını bilməməlidi. Dərslik şəxsiyyət yetişdirir. Amma bu gün bizim dərsliklərimiz şəxsiyyət yetişdirmir. Ona görə ki, dəsrliklər informasiya yüküylə doludur və ciddi fayda vermir. Məktəbdən sonrakı həyatda bir işə yaramır. Ona görə də orta məktəblər insana hyatında faydalı olacaq məlumatları verməlidi. Fizika dərsi keçmişik amma evdə elektrik problemi olanda düzəldə bilmirik. Və ya anatomya dərsi keçmişik ilkin tibbi yardımı göstərə bilmirik”.


OXŞAR XƏBƏRLƏR