“Mançester Yunayted” haqqında iddia: Komandanı Ser Aleks Ferqyuson idarə edir

“Mançester Yunayted” haqqında iddia: Komandanı Ser Aleks Ferqyuson idarə edir
İngiltərə mətbuatı maraqlı iddia ortaya atıb. "Manchester Evening” nəşri "Mançester Yunayted”in baş məşqçisi Ule Qunnar Sulşerin kənardan kömək aldığı ilə bağlı xəbər dərc edib.

Bildirilib ki, Joze Mourinyonun gedişindən sonra komandanın sükanı arxasına keçən və ardıcıl qələbələr qazanan norveçli mütəxəssisin əsas köməkçisi Ser Aleks Ferqyusondu. İddiaya görə, "qırmızı şeytanlar”ın keçmiş çalışdırıcısı oyunlardan qabaq analizlər, informasiya toplanması və digər məsələlərdə Sulşerə məsləhətlərini verir.

Hətta Mourinyodan sonra Sulşerin bu posta məhz onun məsləhəti ilə təyin olunduğu da yayılan xəbərlər arasındadır.

Qeyd edək ki, Sulşer 1996-2007-ci illər aralığında 11 mövsüm Ferqyussonun rəhbərliyi altında "Mançester Yunayted”də forma geyinib.



OXŞAR XƏBƏRLƏR