Enerji içkiləri yenidən ucuzlaşdı - SƏBƏB

Enerji içkiləri yenidən ucuzlaşdı - SƏBƏB
Vergi qanunvericiliyinə edilən dəyişikliklərdən sonra spirtli içkilərlə birgə satış məntəqələrində enerji içkilərinin də qiymətlərinin artması barədə məlumat vermişdik.

Aksiz vergisinin tətbiq edilməsi bir qədər ləngidiyinə görə, enerji içkilərinin qiyməti yenidən əvvəlki vəziyyətinə qaytarılıb.

Yanvarın 1-dən 1 manatdan 2 manata qalxan "Hell” bu gün yenə əvvəlki qiymətinə - 1 manata satılır.

 

"Bizon” adlı enerji içkiləri də hazırda köhnə qiymətlərlə satışdadır. Lakin bahalaşan digər enerji içkilərinin qiymətində dəyişiklik olmayıb. 

Xatırladaq ki, Nazirlər Kabineti "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələri”ndə dəyişikliklər edib.

Qərara əsasən, Azərbaycana idxal olunan alkoqollu və alkoqolsuz enerji içkiləri, elektron siqaretlər üçün maye aksiz vergisinə cəlb edilir. Belə ki, dəyişikliyə əsasən, alkoqollu enerji içkilərinin hər litrinə 2 manat, alkoqolsuz enerji içkilərinin hər litrinə 3 manat, elektron siqaretlər üçün mayenin hər litrinə 20 manat aksiz vergisi tutulacaq.

Oxu.az


OXŞAR XƏBƏRLƏR

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...

Azərbaycan Polisi 107 yaşında

Bu gün Azərbaycan Polisi yaranmasının 107-ci ildönümünü qeyd edir.   Sfera.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin sosial şəb...

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...