İnsan bədənində ən gec və ən tez qocalan orqanlar hansıdır?
Sağlıq
18:57 / 14.01.2019
6354
Kaliforniya Universitetinin (ABŞ) professoru Stiv Xorvat insan orqanlarının bioloji yaşı ilə bağlı maraqlı araşdırma aparıb.
Araşdırma zamanı müxtəlif orqanların insanın "pasport" yaşına uyğun olub-olmadığı öyrənilirdi.
Maraqlıdır ki, eksperimentin nəticələrinə görə, ən tez qocalan orqan qadın sinəsidir. Döşün hüceyrələri orta hesabla orqanizminin digər hüceyrələrlə müqayisədə 2-3 il tez qocalır.
Ən gec qocalan orqan isə beyindir və xüsusilə beyinin koordinasiyaya cavabdeh olan hissəsi beyincikdir. Belə ki, araşdırmada iştirak edən 112-yaşlı qadının beyini orqanizmdən təxminən 5 yaş, beyinciyi isə təxminən 15 yaş cavan idi.
Sağlamolun.az