Bakıya gələn taksi qəzaya uğradı: 2 ölü, 3 yaralı - VİDEO

Bakıya gələn taksi qəzaya uğradı: 2 ölü, 3 yaralı -  VİDEO
 
Bu gün günorta saatlarında Bakı-Qazax yolunun Qaradağ rayonu ərazisindən keçən 36,5 kilometrliyində ağır yol nəqliyyat hadisəsi baş verib.

Sfera.az "Virtualaz.org"a istinadən xəbər verir ki, Salyan rayonunun "Qalalı” massivində yaşayan 58 yaşlı Qəniyev İsrail Əvəz oğlunun idarə etdiyi "Daewo Gentra” markalı, 99 AJ 680 dövlət nömrə nişanlı taksi dörd nəfər sərnişinlə Bakıdan qayıdarkən ağır qəzaya uğrayıb. Hadisə nəticəsində avtomaının sürücüsü İ.Qəniyev və 60 yaşlarında bir sərnişin qadın hadisə yerində dünyasını dəyişib. Daha bir sərnişin qadın və iki uşaq isə ağır xəsarətlər alıb.

Maşında sıxılıb qalmış cəsədlər və yaralılar hadisə yerinə gəlmiş FHN-in xilasediciləri tərəfindən çıxarılıb.

Əldə etdiyimiz məlumata görə, yüksək sürətlə hərəkətdə olan "Daewo Gentra” əvvəlcə yolun sol kənarı ilə asta sürətlə hərəkətdə olan yol təmizləyən maşına dəyib və bu zaman idarəetməni itirərək sağında irəliləyən "KamAZ”ın təkərləri arasına düşüb. Nəticədə "KamAZ” taksinin üstündən keçib.

Hazırda hadisə yerində hüquq-mahafizə orqanlarının əməkdaşları işləyir, qəzaya uğrayanların şəxsiyyəti müəyyən olunur.
 




OXŞAR XƏBƏRLƏR

Azərbaycanlı diaspor rəhbəri də Yekaterinburqda SAXLANILDI - VİDEO

Rusiyada daha bir azərbaycanlı iş adamı saxlanılıb. Sfera.az xəbər verir ki, bu barədə Rusiyanın Telegram kanalları video görüntülə yayıb. Gö...

Rusiyada daha bir azərbaycanlının həbs müddəti uzadıldı

Yekaterinburq məhkəməsi iyunun 27-də saxlanılan daha bir azərbaycanlı barəsində qərar çıxarıb.   Sfera.az xəbər verir ki, məhkəmə Əhliman Gənciyevin ...

Attestasiya imtahanından keçməyən müəllimlərə ŞAD XƏBƏR

Attestasiya imtahanından keçməyən bəzi müəllimlərin aqibətinə aydınlıq gətirilib.   Bu barədə mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov jurnalist...

Xaçmazda yeniyetmə anasını qətlə yetirdi

Xaçmaz rayonunun Qadaş oba kəndində qətl hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, yeniyetmə oğlan anası 1982-ci il təvəllüdlü Lətifova Kifayət ...

Əliyev və Zelenski razılaşdı: Yaxın zamanda...

Azərbaycan və Ukrayna prezidentləri İlham Əliyev və Vladimir Zelenski tezliklə Bakıda Hökumətlərarası Komissiyanın iclasının keçirilməsi barədə razılıq əldə edi...

Sabah Bakının bu ərazisində işıq olmayacaq - XƏBƏRDARLIQ

Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 6 kV-luq hava xətlərində yenidənqurma və təmir-bərpa işlərinin aparılması ilə əlaqədar iyulun 2...