Deputatdan islahatlar ANONSU: “Bəzi nazirliklər, agentliklər, komitələr birləşdirilə bilər”

Deputatdan islahatlar ANONSU: “Bəzi nazirliklər, agentliklər, komitələr birləşdirilə bilər”
Yanvarın 11-də Nazirlər Kabinetinin 2018-ci ilin yekunlarına həsr edilmiş iclasında prezident İlham Əliyev ciddi struktur islahatlarının anonsunu verib.
 
Ölkə başçısı bildirib ki, Azərbaycanda idarəetməni təkmilləşdirmək üçün ciddi struktur islahatları başlayacaq.

"Bilirsiniz, mən əldə edilmiş uğurlar haqqında həmişə danışmağa hazıram və fəxr ediləsi məsələlər kifayət qədər çoxdur. Ancaq mən həmişə, necə deyərlər, narazı oluram. Çünki mən istəyirəm ki, daha yaxşı olsun. İstəyirəm ki, bu pozuntular olmasın. Harada ki mümkündür, biz maksimum dərəcədə öz imkanlarımızdan istifadə edək ki, işlər daha da yaxşı getsin. Ona görə kadr islahatı da bu məqsədi daşıyır. İndi struktur islahatı gözlənilir. Çünki indi idarəetmədə struktur köhnəlib. Yeni idarəetmə strukturu olmalıdır - daha çevik, daha yığcam, daha məqsədyönlü. Çünki illər boyu yeni qurumlar yaranır. Onlar yarananda o qədər də hiss olunmur. Biri orada, biri burada yarandı, bir agentlik, bir xidmət yarandı. Sonra da baxanda görürük ki, bizim idarəetmə strukturumuz böyük dərəcədə şişirdilib. İndi dünyada əks proses gedir - idarəetmə daha yığcam, çevik, daha da məqsədyönlü və az işçi ilə böyük iş görmək üçün. Amma bizdə idarəetmə sistemi şişir. Buna son qoyulmalıdır. Ona görə struktur islahatı, kadr islahatı aparılmalıdır. Hər bir sahədə o sahəyə rəhbərlik edən şəxslər mütləq maksimum səmərə ilə işləməlidirlər”- deyə, prezident İlham Əliyev qeyd edib.
 
Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Yevda Abramov Modern.az-a açıqlamasında bildirib ki, Azərbaycanda struktur islahatlarına çoxdan başlanılıb:

"Cəmiyyət daim inkişaf edir. Bir yerdə durmur. Ona görə də cəmiyyətdən yeni tələblər gəlir. Dövlət də həmin tələblərə uyğun olaraq özünün strukturunu, idarəçiliyini dəyişir. Burada heç nə yoxdur. Cənab prezident idarəetməni təkmilləşdirmək üçün ciddi struktur islahatlarının aparılmasını çox düzgün buyurur. Bu gün az insan əməyi sərf edib çox işləməklə xeyli nailiyyətlər əldə etmək mümkündür. Çox adamla az iş görüb cəmiyyəti idarə etmək olmur”.
 
Yevda Abramov qeyd edib ki, struktur islahatları çərçivəsində bəzi nazirliklər, agentliklər, komitələr birləşdirilə bilər:

"Bu nazirliklərin, komitələrin, agentliklərin hansının olacağını isə cənab prezident bilə bilər. Bunları qabaqcadan demək olmaz. Cənab prezidentin hər sahə üzrə müşavirləri var. Onlar müəyyən təkliflərlə çıxış edəcəklər, yoxlayacaqlar, analiz edəcəklər, həmçinin digər ölkələrin təcrübəsini nəzərə alacaqlar. Struktur və kadr islahatları elə-belə olmur ki... Bu islahatların olacağını cənab prezident cəmiyyətin, hökumət üzvlərinin diqqətinə çatdırıb. Bu gün bütün dünya çevik dövlətçilik aparatı ilə işləyir”.


OXŞAR XƏBƏRLƏR

Azərbaycanlı aktrisadan cəsarətli paylaşım – FOTOLAR

Türkiyədə yaşayan tanınmış aktrisa Nəsrin Cavadzadə yenə də diqqətləri üzərinə çəkməyi bacarıb. Aktrisa bu dəfə başdan-ayağa transparan libas seçimi ilə gündəmə...

Rusiya-Ukrayna müharibəsində dönüş olacaq?: "Zaman bu ölkənin xeyrinə işləyir"

Ukrayna və Rusiya prezidentlərinin danışıqlara başlanılması ilə bağlı verdiyi açıqlamalar münaqişənin həllində dönüş olacağına dair ümidlər yaradıb. Bəzi mülahi...

Hindistanda 32 hava limanı yeni işlək hala gəldi

Hindistan hakimiyyəti Hindistan-Pakistan sərhədində artan gərginlik fonunda əvvəllər bağlanmış 32 hava limanının fəaliyyətini bərpa etmək qərarına gəlib. &nb...

Müğənni Nigar “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? - FOTO

Müğənni Nigar Rəhimova "Vətən Müharibəsi iştirakçısı" medalı ilə təltif edilib.   Sfera.az xəbər verir ki, bu barədə Nigar Rəhimova öz...

ABŞ və Çin 90 günlük razılığa gəldi

ABŞ və Çin 90 gün müddətinə ticarət rüsumlarını qarşılıqlı azaltmaq barədə razılığa gəliblər.   Sfera.az xəbər verir ki, ABŞ Maliyyə Naziri Scott Bes...

Gəncədə yaşayış binasında PARTLAYIŞ: Ölən və xəsarət alan var

Gəncədə yaşayış binasında partlayış olub.   Sfera.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.   Belə ki, sözügedən ərazi...