ABŞ Suriya sahillərinə gəmilərini göndərdi - Səbəb?

16:18 / 12.01.2019
4843
ABŞ hərbi komandanlığı Suriyadakı hərbçilərini mərhələli şəkildə çıxarmaq üçün bu ölkənin sahillərinə gəmilər göndərib.
"Report” xəbər verir ki, Suriya sahillərinə, həmçinin göyərtəsində təxliyyə əməliyyatına dəstək olacaq yüzlərlə dəniz piyadası və helikopterlər olan "Kirsac” desant gəmisinin də yola salındığı bildirilib.
Bundan əvvəl ABŞ-ın rəhbərlik etdiyi koalisiya Suriyadan ABŞ hərbçilərinin çıxarılmasına başladıqlarını açıqlamışdı.