Xarici diplomatlar Mehmanla görüşdülər - FOTO

Xarici diplomatlar Mehmanla görüşdülər - FOTO
11 yanvar tarixində Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin müraciəti əsasında bir sıra Avropa İttifaqı ölkələrinin səfirliklərinin məsul diplomatlarının təcridxanada Mehman Hüseynovla görüşü təşkil olunub.

Görüşdə Aİ-nin Bakı nümayəndəliyinın rəhbərinin müavini, Fransa, Hollandiya, Böyük Britaniya, Çex Respublikası və Almaniya səfirliklərinin əməkdaşları iştirak ediblər. Onlar yerində Mehman Hüseynovun saxlanma şəraiti və səhhəti ilə tanış olublar. Bir daha şahidi olublar ki, Mehman Hüseynovun səhhəti normaldır, saxlanma şəraiti ilə bağlı hər hansı şikayəti yoxdur, vəkili və atası ilə sərbəst görüşə bilir.

Şəkildən də hər şey aydın formada görünür. Avropa İttifaqı üzv ölkələrinin diplomatları yaradılmış şəraitə çox məmnun qalıblar və bu görüşün təşkilinə və nümayiş etdirilən şəffaflığa görə Azərbaycan Respublikası hökumətinə təşəkkürlərini ifadə ediblər.

Bununla da anti-Azərbaycan qüvvələrin Mehman Hüseynovun adından istifadə edərək yalan təbliğatına və bu halı saxta şəkildə dramatikləşdirmək cəhdlərinə tutarlı zərbə vurulmuş olub.

Mehman Hüseynovun aclıq elan etməməsi, vəkili ilə görüşməsi, ailə üzvləri ilə telefonla da danışçası barədə daha əvvəl Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov bildirib.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Milli Preventiv Qrupunun (MPQ) üzvləri də Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında M.Hüseynova baş çəkiblər.

MPQ-nin rəhbəri və həkim üzvünün də iştirak etdiyi başçəkmə çərçivəsində bu müəssisədə saxlanılan Mehman Hüseynov da konfidensial qaydada qəbul olunub, müraciəti dinlənilib, qida qəbul etməsi və sağlamlıq durumu ilə bağlı vəziyyəti özünün iştirakı ilə müəssisənin həkimi dəvət olunmaqla yerində araşdırılıb.
Müşahidə nəticəsində məlum olub ki, M.Hüseynov qida qəbul edir, sovqat alır, gündəlik həkim nəzarətindədir və sağlamlıq durumu normaldır.

Başçəkmə çərçivəsində M.Hüseynovun Ombudsmana ünvanladığı yazılı müraciəti baxılması üçün Baş Prokurorluğa göndərilib.

Beləliklə, M.Hüseynovun təcridxanada olduğu müddət ərzində ombudsman, hüquq müdafiəçiləri ziyarət edib, indi də qərb diplomatları gördük ki, onun səhhəti və saxlanma şəraiti qaydasındadır. Bütün bunlar növbəti dəfə Azərbaycana qarşı başlanılan müflis və əsassız kampaniyadan xəbər verir.

Qeyd edək ki, M.Hüseynov 2017-ci ilin martın 3-dən həbsdədir. O, Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. Qərar Nəsimi rayon Polis idarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında etdiyi şikayət əsasında çıxarılıb. Bloqqer Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə ittiham olunub.

Ötən il dekabrın dekabrın 26-da isə Penitensiar Xidmət açıqlama yayaraq bəyan edib ki, 14 saylı cəzaçəkmə müəssisəsində plan üzrə aparılan növbəti ümumi axtarış-baxış tədbirləri zamanı məhkum Hüseynov Mehman Rafiq oğlu müəssisənin Rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Abdalov Əli Ələddin oğlunun qanuni tələblərinə tabe olmayaraq ona qarşı zor tətbiq edib, fiziki müqavimət göstərərək sonuncuya bədən xəsarəti yetirib, xidməti otaqda olan əşyaları dağıdaraq sındırıb. Bu faktla bağlı Bakı şəhəri Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315.2-ci maddəsi (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə) ilə cinayət işi başlanıb.Trend

OXŞAR XƏBƏRLƏR

Rusiya-Ukrayna müharibəsində dönüş olacaq?: "Zaman bu ölkənin xeyrinə işləyir"

Ukrayna və Rusiya prezidentlərinin danışıqlara başlanılması ilə bağlı verdiyi açıqlamalar münaqişənin həllində dönüş olacağına dair ümidlər yaradıb. Bəzi mülahi...

Hindistanda 32 hava limanı yeni işlək hala gəldi

Hindistan hakimiyyəti Hindistan-Pakistan sərhədində artan gərginlik fonunda əvvəllər bağlanmış 32 hava limanının fəaliyyətini bərpa etmək qərarına gəlib. &nb...

Müğənni Nigar “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? - FOTO

Müğənni Nigar Rəhimova "Vətən Müharibəsi iştirakçısı" medalı ilə təltif edilib.   Sfera.az xəbər verir ki, bu barədə Nigar Rəhimova öz...

ABŞ və Çin 90 günlük razılığa gəldi

ABŞ və Çin 90 gün müddətinə ticarət rüsumlarını qarşılıqlı azaltmaq barədə razılığa gəliblər.   Sfera.az xəbər verir ki, ABŞ Maliyyə Naziri Scott Bes...

Gəncədə yaşayış binasında PARTLAYIŞ: Ölən və xəsarət alan var

Gəncədə yaşayış binasında partlayış olub.   Sfera.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.   Belə ki, sözügedən ərazi...

İyunda bu tarixlərdə iş olmayacaq - TƏQVİM

İyun ayının qeyri-iş günləri açıqlanıb.   Sfera.az xəbər verir ki, 6-7 iyun Qurban bayramı, 15 iyun Milli Qurtuluş Günü, 26 iyun isə Azərbaycan Respu...