Onlarla insan bir sutkadır benzin növbəsində gözləyir
08:19 / 12.01.2019
1927
Onlarla sürücü Mexikoda benzin doldurmaq üçün bir sutkadır növbədə gözləyir.
Sfera.az xəbər verir ki, sürücülər ölkədə yanacaq qıtlığı ilə bağlı yaranan problemlər fonunda yanacaq ilə dolu sistern gözləyir.
Benito Xuares rayonundakı bəzi sürücülər bildirir ki, onlar yanacaq doldurma məntəqəsində kifayət qədər yanacaqları olmadığı üçün gedə bilmirlər.
Sürücülər avtomobillərində gecələyir, bəzilərinin qohumları onlara yemək gətirir.