Din xadimlərinə maddi dəstək olmayanda problemlər yaranır - Mübariz Qurbanlı

Din xadimlərinə maddi dəstək olmayanda problemlər yaranır - Mübariz Qurbanlı
Hesab edirəm ki, dövlətdən maddi dəstək alan din xadimlərinə bu vəsaitin verilməsi davamlı olacaq.
 
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
 
Onun sözlərinə görə, dövlətdən maddi dəstək alan din xadimləri üçün maddi vəsaitin artırılması hələlik nəzərdə tutulmur:
 
"Məlumdur ki, maddi dəstək məscidlərdə çalışan üç kateqoriyaya aid din xadimlərinə verilir. Bu vəsait əməkhaqqı yox, maddi dəstəkdir. Hər məsciddə bir, böyük məscidlərdə isə iki din xadiminə bu vəsait verilir. Qafqaz Müsəlmanları İdarəsinin təsdiqlədiyi din xadimlərinin sayı çox ola bilər, lakin maddi dəstək hər təyin olunan din xadiminə verilmir. Bu, yalnız məsciddə çalışan və təyin olunan din xadimlərinə verilir".
 
M.Qurbanlı əlavə edib ki, məscidlərdə çalışan din xadimləri maddi baxımdan təmin edilməlidir:
 
"Bu, dünyanın hər yerində belədir. Azərbaycanda da belə etməliyik. Ona görə ki, onların maddi dəstəyə ehtiyacı var. Maddi dəstək olmayanda müəyyən problemlər yarana bilər".
 
Trend.az

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda nazir müavini İŞDƏN ÇIXARILDI -FOTO

Naxçıvan Muxtar Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rahid Ələkbərli vəzifəsindən azad edilib.   Sfera.az xəbər verir ki, bu ...

Bu restoranlar cərimələndi

Bakı şəhərində fəaliyyət göstərən ictimai-iaşə obyektlərində 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Q...

Mikayıl Cabbarov Məhəmməd Əbunəyyan ilə görüşdü

Otuzuncu Bakı Enerji Həftəsi çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkətinin İdarə Heyətinin...

Əli Əsədov Olivye Bukalla görüşdü

Azərbaycanın Baş naziri Əli Əsədov iyunun 3-də Seneqalın dövlət idarəçiliyi və dövlət xidmətlərində islahatlar naziri Olivye Bukalla görüşüb.   Sfera...

“Bakı Enerji Həftəsi” ölkəmizin regionun enerji sektorundakı lider statusunu təsbit edir

Müasir dünyada enerji amili istisnasız olaraq bütün ölkələr üçün həm də milli təhlükəsizlik məsələsidir. Əgər Yaşıl enerjiyə keçidin bir səbəbi ətraf mühitin qo...

Həftənin 3 şanslı bürcü – Sevgi və pul gəlir!

Yeni həftə bəzi bürclər üçün sevgi və maddi bolluq vəd edir. Sfera.az xəbər verir ki, göy qübbəsindəki müsbət enerjilər münasibətlərdə istilik, maliyy...