Azərbaycanda uşaq ədəbiyyatı və mətbuatına maraq yoxdur-Niyə?

Azərbaycanda uşaq ədəbiyyatı və mətbuatına maraq yoxdur-Niyə?
"Uşaq mətbuatı və uşaq ədəbiyyatının inkişafına nail olmaq üçün stimullaşdırıcı addımlara ehtiyac var”
 
Sfera.az-a açıqlamasında bu sözləri Azərbaycanda uşaq mətbuatı və uşaq ədəbiyyatının demək olar ki, mövcud olmamasına münasibət bildirərkən "Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib: 
 
"Ənənəvi sovet standartını çıxarıb atıb, yeni, müasir, uşaqların dünya görüşünə uyğun gələn, onlara daha çeşidli informasiyalar verə biləcək məlumatlar təqdim olunmalıdır. Hazırda uşaqların başını çırtdanın nağılları ilə qatmaq mümkün deyil. Məsələyə daha kreativ və daha yaradıcı yanaşmaq lazımdır. Bu baxımdan uşaq mətbuatı mövcud olsa da, populyarlıq qazanmır. Uşaq ədəbiyyatı məsələsində də mütləq stimullaşdırıcı addımlar atılmalıdır. Birinci növbədə uşaqlara oxu mədəniyyətini təbliğ etmək lazımdır. Valideynlər məktəbdənkənar  oxu vəsaiti kimi,  uşaqlarına kitab oxumağı öyrətməlidir. Digər tərəfdən, daha peşəkar şəxsləri uşaq ədəbiyyatının yaradılmasına stimullaşdırmaq lazımdır. Bir ədəbiyyat adamı üçün daha geniş kütləyə xitab etmək daha önəmlidir, nəinki uşaq ədəbiyyatı ilə məşğul olmaq. Həmçinin, ədəbiyyat adamları arasında uşaq ədəbiyyatına bir qədər qeyri-ciddi yanaşma var. Bu aspektdən də mövcud situasiya yaranıb. Ayrı-ayrı müsabiqələr keçirmək və yaxud nəşriyyatların özləri tərəfindən sifariş verilməsi şərtilə müəyyən stimullaşdırıcı addımlar atılarsa, mədəniyyət adamları prosesə cəlb oluna bilərlər”.
 
Qeyd edək ki, sovetlər dönəmində Azərbaycanda uşaq ədəbiyyatı və uşaq mətbuatı da müəyyən dərəcədə inkişaf etmişdi. Hər il yazıçı və şairlərin uşaqlara həsr etdiyi çoxsaylı hekayə, roman və şeyirləri işıq üzü görürdü. Uşaqlar həmin illərdə böyük həvəslə "Göyərçin” jurnalını izləyirdilər. İndi isə ölkəmkizdə uşaq ədəbiyyatı və mətbuatı demək olar ki, yox səviyyəsindədir. Müasir dövrün ədəbiyyat adamları  uşaq və gənclərin maraq və istəklərini nədənsə qarşılaya bilmirlər.
 
ELÇİN

OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...