Ali məktəblərdə tədris dayandırıldı
Dünya
09:26 / 11.01.2019
1607
Gürcüstanda yayılmış qrip virusu ilə bağlı ölkənin bir neçə ali məktəbində tədris prosesi yanvar ayının 21-nə qədər dayandırılıb.
Təhsil müəssisələri bu barədə qərarı ölkənin Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin tövsiyəsi əsasında qəbul edib.
Qərara müvafiq olaraq, İvane Cavaxişvili adına Tbilisi Dövlət Universiteti, İlya Dövlət Universiteti və digər ali məktəblərdə imtahanların müddəti və dərs cədvəli də dəyişdirilib.
Qonşu ölkədə "donuz qripi” adlandırılan A (H1N1) virusundan 13 nəfər ölüb. Qriplə bağlı 845 nəfər xəstəxanalara yerləşdirilib. Virusa görə ölkənin uşaq bağçaları və ictimai məktəblərində yanvarın 14-dək davam edən qış tətilinin müddəti yanvarın 18-dək uzadılıb.