"Prezident İlham Əliyev Azərbaycanda söz və mətbuat azadlığının qarantı olduğunu bir daha təsdiq etdi"
"Azərbaycan Prezidenti İlham Əliyevin jurnalist Rasim Əliyevin öldürülməsi ilə bağlı məsələyə operativ münasibət göstərməsi və bununla bağlı xüsusi göstəriş verməsi Mətbuat Şurası tərəfindən yüksək qiymətləndirilir". Bunu Trend-ə Mətbuat Şurasının sədri Əflatun Amaşovdeyib.
Ə.Amaşov bildirib ki, Azərbaycan Prezidenti birbaşa həm Daxili İşlər Nazirliyinə, həm Baş Prokurorluğa göstəriş verdi ki, tezliklə bu məsələ ciddi olaraq araşdırılsın, hadisənin baş vermə səbəbləri müəyyən olunsun və günahkarlar cəzaların alsınlar:
"Artıq biz əminin ki, lap tezliklə hadisəyə aydınlıq gələcək və günahkarlar öz cəzaların alacaqlar".
Şura sədri vurğulayıb ki, Azərbaycan Prezidenti istər maliyyə, istər sosial, istər söz və mətbuat azadlığı məsələləri ilə bağlı həmişə jurnalistlərin yanında olub və həmişə jurnalistlərə dəstək verib:
"Cənab Prezident İlham Əliyevin Rasim Əliyevin ölümü ilə bağlı məsələyə belə operativ münasibət göstərməsi və məsələnin geniş araşdırılması üçün göstəriş verməsi Prezidentin Azərbaycanda söz və mətbuat azadlığının qarantı və jurnalistlərin həqiqi dostu olduğunu bir daha təsdiq etdi".
Ə.Amaşov eyni zamanda qeyd edib ki, Prezidentin bu münasibəti ölkədə demokratik cəmiyyətin təməl prinsiplərindən olan söz və mətbuat azadlıqlarının qorunmasına, medianın normal fəaliyyətinə dövlət səviyyəsində diqqət nümunəsi kimi dəyərləndirilməlidir.