Qubadakı dəhşətli qəzanın səbəbi açıqlandı

Qubadakı dəhşətli qəzanın səbəbi açıqlandı
Bu gün səhər saat 09-00 radələrində Quba-Xaçmaz avtomobil yolunun 7-ci kilometrliyində hərəkətdə olan "VAZ 21010” markalı avtomobil yolda sürüşərək qarşıda gedən "Ford” markalı avtomobilə çırpılıb. Nəticədə, "VAZ 21010” markalı avtomobildə olan 3 sərnişin dünyasını dəyişmiş, sürücü isə xəsarət alıb.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev Modern.az-a deyib ki, hadisəsi "VAZ 21010” markalı avtomobilin sürücüsünün yolun sürüşkən olmasını nəzər almaması, qarşıda gedən avtomobillə ara məsafəsini və sürət həddini düzgün seçməməsi nəticəsində baş verib.         

"Araşdırma zamanı o da müəyyən edilmişdir ki, "VAZ 21010” markalı avtomobilin təkərlərinin şinləri mövsümə uyğun olmayan və müvafiq texniki göstəricilərə cavab verməyən vəziyyətdə olub.

Baş DYP İdarəsi bu hadisəni nəzərinizə çatdırmaqla bir daha sürücülərə qış mövsümü ilə əlaqədar olaraq nəqliyyat vasitələrini idarə edərkən diqqətli olmalarını, avtomobillərinin texniki sazlığına, xüsusilə təkərlərin mövsümə uyğunluğunu təmin etmələrinin, hərəkət zamanı hava şəraitini düzgün qiymətləndirmələrini tövsiyə edir.

Əmin olun ki, qanunun tələblərinə riayət etməklə və müsbət təcrübədən yararlanmaqla qəzalardan yayınmaq mümkündür".


OXŞAR XƏBƏRLƏR

BƏƏ-yə uçan reyslər Bakı hava limanına yönləndirilib

Birləşmiş Ərəb Əmirlikləri istiqamətində hərəkət edən iki reys, İran ərazisi üzərində hava məkanının müvəqqəti məhdudlaşdırılması səbəbindən marşrutunu dəyişərə...

Rusiyada azərbaycanlı iş adamı belə həbs edildi- ANBAAN VİDEO

Voronejdə azərbaycanlı sahibkar Yusif Xəlilov həbs edilib.   Sfera.az xəbər verir ki, bu haqda “Report” məlumat yayıb.   Y.Xəl...

Azərbaycanlı diaspor rəhbəri də Yekaterinburqda SAXLANILDI - VİDEO

Rusiyada daha bir azərbaycanlı iş adamı saxlanılıb. Sfera.az xəbər verir ki, bu barədə Rusiyanın Telegram kanalları video görüntülə yayıb. Gö...

Rusiyada daha bir azərbaycanlının həbs müddəti uzadıldı

Yekaterinburq məhkəməsi iyunun 27-də saxlanılan daha bir azərbaycanlı barəsində qərar çıxarıb.   Sfera.az xəbər verir ki, məhkəmə Əhliman Gənciyevin ...

Attestasiya imtahanından keçməyən müəllimlərə ŞAD XƏBƏR

Attestasiya imtahanından keçməyən bəzi müəllimlərin aqibətinə aydınlıq gətirilib.   Bu barədə mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov jurnalist...

Xaçmazda yeniyetmə anasını qətlə yetirdi

Xaçmaz rayonunun Qadaş oba kəndində qətl hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, yeniyetmə oğlan anası 1982-ci il təvəllüdlü Lətifova Kifayət ...