ABŞ-ın dövlət katibi PKK terrorçuları haqda: "Türkiyəni dəstəkləyirik"

ABŞ-ın dövlət katibi PKK terrorçuları haqda:
"Türkiyənin terrorçulara qarşı mübarizəsini anlayır və dəstəkləyirik”.

"Report” "Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Maykl Pompeo jurnalistin Prezident Rəcəb Tayyib Ərdoğanın terrorçu PKK/YPG-PYD qruplaşmasının Türkiyə üçün bir təhlükə mənbəyi olaraq tanınması fikri ilə bağlı sualına cavabında deyib.

"ABŞ Prezidenti Donald Trampın Suriyadan hərbçilərimizi çıxarmaq məsələsində heç bir dəyişiklik yoxdur. Həm İŞİD-ə qarşı mübarizə aparacağıq, həm də Suriyada uyğun bir halda çıxacağıq”, - M.Pompeo bildirib.

O, jurnalistin "Türkiyə və "kürdlərlə” (terrorçu PKK/YPG-PYD qruplaşmasını nəzərdə tutur -red.) əlaqələri necə quracaqsınız” sualına cavabında bildirib: "Hər iki tərəflə görüşmüşük. Hərbçilərimizin təhlükəsiz çıxması ilə bağlı görüşlər keçiririk. Çıxmazdan əvvəl Suriyanın İŞİD-ə aid bütün ünsürlərdən təmizləndiyinə tam əmin olmaq istəyirik. Ərdoğan terrorçuların (PKK/YPG-PYD-ni nəzərdə tutur - red.) onların həyatı üçün bir təhdid mənbəyi olduğunu bildirib. Biz də terrorçuların Türkiyəni təhdid etdiyinin fərqindəyik və bu məsələdə Türkiyəni dəstəkləyirik. İfratçılar və terrorçular harada olur-olsun, onlara qarşı mübarizə aparan qüvvələri dəstəkləməyə hazırıq. Buna Türkiyə kimi başqa ölkələr də daxildir".

Xatırladaq ki, yanvarın 9-da Maykl Pompeo İraqa elan olunmamış səfər edib.

Qeyd edək ki, ötən il Donald Trampla Rəcəb Tayyib Ərdoğan arasında olan telefon danışığından sonra ABŞ Prezidenti ölkə hərbçilərinin Suriyadan çıxması barədə sənədi imzalayıb.

Yanvarın 9-da isə ABŞ Prezidentinin milli məsələlər üzrə müşaviri Con Bolton Türkiyədə səfərdə olub


OXŞAR XƏBƏRLƏR

Rusiya-Ukrayna müharibəsində dönüş olacaq?: "Zaman bu ölkənin xeyrinə işləyir"

Ukrayna və Rusiya prezidentlərinin danışıqlara başlanılması ilə bağlı verdiyi açıqlamalar münaqişənin həllində dönüş olacağına dair ümidlər yaradıb. Bəzi mülahi...

Hindistanda 32 hava limanı yeni işlək hala gəldi

Hindistan hakimiyyəti Hindistan-Pakistan sərhədində artan gərginlik fonunda əvvəllər bağlanmış 32 hava limanının fəaliyyətini bərpa etmək qərarına gəlib. &nb...

Müğənni Nigar “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? - FOTO

Müğənni Nigar Rəhimova "Vətən Müharibəsi iştirakçısı" medalı ilə təltif edilib.   Sfera.az xəbər verir ki, bu barədə Nigar Rəhimova öz...

ABŞ və Çin 90 günlük razılığa gəldi

ABŞ və Çin 90 gün müddətinə ticarət rüsumlarını qarşılıqlı azaltmaq barədə razılığa gəliblər.   Sfera.az xəbər verir ki, ABŞ Maliyyə Naziri Scott Bes...

Gəncədə yaşayış binasında PARTLAYIŞ: Ölən və xəsarət alan var

Gəncədə yaşayış binasında partlayış olub.   Sfera.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.   Belə ki, sözügedən ərazi...

İyunda bu tarixlərdə iş olmayacaq - TƏQVİM

İyun ayının qeyri-iş günləri açıqlanıb.   Sfera.az xəbər verir ki, 6-7 iyun Qurban bayramı, 15 iyun Milli Qurtuluş Günü, 26 iyun isə Azərbaycan Respu...