SSRİ Ali Sovetinin son sədri də öldü
10:53 / 10.01.2019
2176
SSRİ Ali Sovetinin sonuncu sədri Anatoli Lukyanov vəfat edib. Bu barədə Smolensk vilayətinin qubernatoru Aleksey Ostrovski özünün "Twitter" səhifəsində bildirib.
Anatoli Lukyanov 1930-cu ilin 7 mayında Smolenskdə doğulub. O, Sovet İttifaqının ən yüksək qanunverici orqanının başçısı postunu 1990-cı ilin martından 1991-ci ilin sentyabrına qədər tutub.
A.Lukyanov həmçinin 1993-cü ildən 2003-cü ilə qədər Rusiya Dövlət Dumasının deputatı olub.