Kim Çen In və Tramp yenidən görüşür

Kim Çen In və Tramp yenidən görüşür
Koreya Xalq Demokratik Respublikası və ABŞ liderlərinin görüşü yaxın vaxtlarda olacaq.

Bu barədə Koreya Respublikasının prezidenti Mun Çje İn xalqa birbaşa yayımlanan müraciətində bildirib.

"ABŞ və Şimali Koreyanın başçılarının ikinci sammiti artıq tezliklə keçiriləcək və Koreya yarımadasında sülhü gücləndirməyə kömək edəcək", – deyə Cənubi Koreya lideri vurğulayıb.

Onun sözlərinə görə, sammitə hazırlıq prosesində həmçinin Kim Çen Inın Çinə yaxın günlərdəki səfəri müzakirə edilir. 

ABŞ və KXDR lideri Donald Tramp və Kim Çen In arasında təkbətək və geniştərkibli formatda görüş Sinqapurda keçirilib. Danışıqlar ümumilikdə bir saat yarım davam edib.

Report.az


OXŞAR XƏBƏRLƏR