Bakıda məhşur restoran bağlandı

Bakıda məhşur restoran bağlandı
Kütləvi zəhərlənmə ilə əlaqədar hadisənin baş verdiyi "Zəngəzur” şadlıq sarayı bağlanıb. Bu barədə Movqe.az-a Respublika Gigiyena Mərkəzinin Qidalanma gigiyenası şöbəsinin müdiri İmran Abdullayev məlumat verib. 
İ. Abdullayev bildirib ki, şadlıq evində baş vermiş kütləvi zəhərlənmə ilə əlaqədar hazırda labarotor müayinələr davam etdirilir. Şöbə müdiri bildirib ki, ilkin müayinələr zamanı hazır qidalarla bişməmiş qidaların  bir yerdə saxlanılması, hazırlandıqdan sonra çirklənməsi halları qeydə alınıb: "Məlum olub ki, şadlıq evində qidaların, hazırlanan yeməklərin saxlanılmasında gigiyenik və saxlanma qaydalarında kobud pozuntuya yol verilib".  
İ. Abdullayev günün sonuna qədər müayinələrin nəticələrinin bəlli olacağını söyləyib. 
Xatırladaq ki, Bakıda "Zəngəzur” şadlıq evində kütləvi zəhərlənmə baş verib. Avqustun 8-da Binəqədi rayonundakı "Zəngəzur” şadlıq evində keçirilən toy mərasimində baş vermiş zəhərlənmə hadisəsində 77 nəfər zəhərlənən, o cümlədən 15 uşaq tibbi yardım almaq tibb müəssisələrinə müraciət ediblər. Müraciət edənlərlər əsasən Kliniki Tibbi Mərkəzə və 7 nömrəli Uşaq Yoluxucu Xəstəxanasına yerləşdiriliblər, onlara müvafiq tibbi yardım göstərilb. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova bildirib ki, hazırda 36 nəfərin müalicəsi davam edir, onlardan  bir neçəsi saat 12:00 radələrində evə buraxılacaq. Hazırda xəstəxanada müalicə alanlardan 15-i uşaqdır.(bizimyol.info)
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Avtomobillərin alışma halları artıb - Necə qoruyaq?

Yay fəslinin gəlişi ilə avtomobillərin alışaraq yanması halları artmaqdadır. Son günlər bu cür hadisələrin sayı daha da çoxalıb və sosial şəbəkələrdə də geniş m...

"Ermənistan Azərbaycanla özəl şirkət yaradacaq" - Paşinyan

"Ermənistan Azərbaycanla sülh müqaviləsi çərçivəsində nəqliyyat kommunikasiyalarının və müxtəlif infrastruktur layihələrinin həyata keçirilməsi üçün özəl i...

Ata-anasını söydü, 5 sutkalıq həbs edildi

Cəlilabadda xuliqanlıq edən şəxs həbs edilib.   Sfera.az xəbər verir ki, hadisə rayonun Kazımabad kəndində baş verib. Kənd sakini 1980-ci il təvəllüd...

Ailələrin istehlak xərci 2500 manata çatıb - Hesablama

Azərbaycan əhalisinin 2025-ci ilin birinci yarısında istehlak məqsədilə xərclədiyi vəsaitlərin məbləğində artım davam edib. Artımdan sonra orta statistik b...

Leyla Əliyeva Berdiməhəmmədovun qızı ilə görüşdü

Bu gün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun qızı Oquldjaxan Atabayeva ilə gör...

"İrəvanla Bakı sülh sazişini paraflaya bilər"

Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanla Bakının sülh sazişini imzalamazdan əvvəl paraflaya biləcəyini bildirib.    Sfera.az xəbər verir ...