Azərbaycanda orta məktəbdəki dərslikləri oxuyan şagirdin elmi dərəcəsi olmalıdır - Kamran Əsədov

Azərbaycanda orta məktəbdəki dərslikləri oxuyan şagirdin elmi dərəcəsi olmalıdır - Kamran Əsədov
Övladları məktəbdə oxuyan valideynlər hər il dərs vəsaiti sürprizləriylə rastlaşırlar. İçindəkilər ciddi dəyişməsə də hər yeni tədris ilində həmin vəsaitləri almaq məcburiyyətində olurlar. Vəsaitlər hər dəfə daha keyfiyyətli olsa dərd yarı. Valideynlər xərc çəkib yenisini alsalar da mahiyyət etibarilə heç bir dəyişiklik görmürlər. Bunlar dəsrlik oyunbazlığıdı, yoxsa başqa hansısa nüanslar var.

 

Sfera.az bu haqda təhsil eksperti Kamran Əsədovun fikirlərini alıb. Təhsil sistemində dərslik siyasətinin Azərbaycan hökumətinin strateji fəaliyyət dairəsinə daxil olduğunu qeyd edən Əsədov bildirib ki, hazırda təhsil sistemində istifadə olunan dərsliklərin əksəriyyəti strateji vəzifəni yerinə yetirmir. Dərsliklərin məqsədi məktəbliləri müasir standartlara uyğun bilik, bacarıq və vərdişlərə yiyələnmək, Vətəninə, xalqına, onun adət-ənənələrinə bələd olan, milli və ümumbəşəri dəyərlər zəminində formalaşan, fiziki və mənəvi cəhətdən sağlam, müstəqil həyata hazır və demokratik düşüncəli vətəndaşlar kimi yetişdirməkdir:


"Amma real vəziyyət budur ki, dərsliklər öz funksiyasını yerinə yetirə bilmir. Dərsliklərdə şagirdlərin Azərbaycan xalqının milli, mənəvi və mədəni dəyərləri ruhunda tərbiyə olunmasına, onların öz ailəsini, xalqını, Vətənini sevməsinə, insan haqlarına və bəşəri dəyərlərə hömrət etməsinə yönələn ideyalar olmalıdır. Şagirdlərin yaş psixologiyası və fizioloji xüsusiyyətləri nəzərə alınmalıdır, dünyəvilik prinsipinə riayət edilməlidir, elmin, texnikanın və mədəniyyətin müasir nailiyyətləri haqqında yoxlanılması mümkün olan və səlahiyyətli mənbələrdən götürülmüş məlumatlar öz əksini tapmalıdır, illüstrasiyalar yığcam və mövzulara uyğun olmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, ölkənin qoşulduğu beynəlxalq hüquqi aktlara zidd olan fikirlərə yer verilməməlidir, milli, dini, irqi, cinsi və siyasi ayrı-seçkilik təbliğ edən fikirlər, mübahisə doğuran məlumatlar olmamalıdır, elmi mübahisə doğuran məsələlərə yer verilməməlidir”.

 

Ekspert vurğulayıb ki, son dövrlərdə çap olunan dərsliklərin böyük əksəriyyətində bu tələblər gözlənilmir. Dərsliklər şagirdlərə müstəqil tədqiqatçılıq və yaradıcılıq vərdişləri aşılamalı, onları düşünməyə sövq etməli, məntiqi təfəkkürü inkişaf etdirməlidir. Tətbiqi xarakter daşımalı, interqrativ xüsusiyyətə malik olmalıdır və şagirdlərdə demokratik dünyagörüşü formalaşdırmalıdır.

 

"Amma orta məktəb dərsliklərini oxuyan şagirdlərdə qeyd olunan bilik və bacarıqların heç biri formalaşmır. Yəni bu gün dərsliklər şəxsiyyət yetişdirə bilmir.”

Kamran Əsədov ümumtəhsil məktəblərinin dərsliklərini əsasən beş il müddətinə təsdiq olunduğunu qeyd edərək bildirib ki, hər il korlanan, redaktə xarakterli dəyişikliklər edilməklə az sayda nəşr olunur. 2008-ci ildən kuriklum tətbiq edildikdən sonra yazılan dərsliklərdə varislik və vahidlik prinsipi gözlənilmədi. Bu da nəsillər arasında əlaqələri pozdu.

 

"Əvvəlki illərdə məzun olanlar yeni kitanları oxuyub anlamaqda çətinlik məkməyə başladılar. 2004-cu ildə ölkə prezidenti dərsliklərin şagirdlərə pulsz verilməsi haqqında sərəncamından sonra təhsilin əlcatımlılığında cidi irəliləyiş oldu. Ancaq hazırda dərsliklərimiz keyfiyyət baxımından müasir tələblərə cavab vermir. Avropa dərsliklərinə fikir verin, maraqlı, rəngarəng mətnlər, şəkillər, yaradıcı tapşırıqlarla zəngindir. Müəllim bunların 100-də 10-nu istifadə edə bilər. Dərslik fikir laboratoriyasıdır, tapşırıqlarda əlavə göstərişlər olmalı, şagirdə seçim imkanı verilməlidir. O zaman şagird riyaziyyatı yox, riyaziyyatın köməyi ilə həyatı öyrənəcək. Bizdə isə dərsliklərə jarqon ifadələr, vulqar cümlələr verilib, guya ki, uşağa seçim imkanı yaradılır. Halbuki mahiyyətindən asılı olmayaraq, dərsliklərdə jargon ifadələr, küçə sözləri işlədilə bilməz. Çünki bu ifadələr şagirdlərə pis nümunə ola bilər. Hesab edirəm ki, hazırda orta məktəb şagirdləri üçün nəzərdə tutulmuş dərs vəsaitləri 6-17 yaşında olan insanın beyninə uyğun deyil. Dərsliklərin məzmunundan belə məntiq çıxır ki, bu dərslikləri oxuyub başa vuran şagirdin elmi dərəcəsi olmalıdır. Çünki dərsliklərə demək olar ki, bakalavr, magistr pilləsində keçilən mövzular daxil edilib.”

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım etdi

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "Instagram" hesabında Qurban bayramı münasibətilə paylaşım edib.   Sfera.az p...

Bu kəndə köçənə hökumət 20 min dollar, hər uşağa görə bonus verir

İsveçrə Alp dağlarında yerləşən Albinen kəndi insanların köçürülməsi üçün maddi həvəsləndirmə proqramına başlayıb və yeni sakinlərə əhəmiyyətli ödənişlər təklif...

Yaşlıqadının öldüyü elan edildi, gözlənilmədən “dirildi”

88 yaşlı qadının öldüyü elan edilsə də, o, dəfn olunmağa hazırlaşarkən gözlənilmədən “dirilib”. Hadisə Çexiyanın Pilsen şəhərində baş verib. Sf...

10 saniyəlik gecikmə səbəbindən təyyarə yerə enə bilməyib

On saniyəlik gecikmə Mayorkadan Münhenə normal iki saatlıq uçuşu Almaniya boyunca 12 saatlıq səyahətə çevirib. 221 sərnişin üçün bu, əsl macəra olub.  &...

Turistik bölgələrdə elektrik qarışqaları aşkar edildi: Təhlükəsi nədir?

İspaniyanın Tenerifedəki Los Cristianos şəhərində, qolf kompleksində Təbii Məhsullar və Aqrobiologiya İnstitutunun entomoloqları dünyada ən invaziv qarışqa növl...

Azərbaycanda müəllim bıçaqlandı

Ağdamda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az bildirir ki, hadisə ötən gün rayonun Zəngişalı kəndində qeydə alınıb. Kənd sakini 1984-cü il t...