“Prezidentə qarşı təxribat olacaq - Ekstrasens
Dünya
15:11 / 09.01.2019
2168
"2019-cu ildə Rusiya və Belarus bir-birinə daha da yaxınlaşacaq”.
Bunu belaruslu ekstrasens Marianna Abravitova deyib.
O, ilin Prezident Aleksandr Lukaşenko üçün məhsuldar olacağını və hakimiyyətini daha da gücləndirəcəyini bildirib:
"O, öz liderliyini qoruyacaq və hakimiyyətin başında qalacaq. Heç bir yerə getməyəcək, üstəgəl, Belarusu inqilabi islahatlar gözləyir. Lukaşenko baxışlarını və dünyagörüşünü bir qədər dəyişəcək. Bəzi problemləri açıq formada dilə gətirib, nəzərdən keçirəcək.
İllərlə inandığı, sevdiyi idarəetmə üslubunu da dəyişdirə biləcəyini deyə bilərəm. Bunun ölkənin inkişafına gətirəcəyini də deyə bilərəm. Amma nüfuzunu gücləndirmək üşün şanslarını da qoruyacaq. Yeni inkişaf və maraqlı iqtisadi işbirlikləri olacaq”.
Ekstrasens il ərzində prezidentə qarşı təxribata cəhdlərinin olacağını da iddi edib:
"Təxribat cəhdlərinə baxmayaraq, sülh hökm sürəcək. Düşmənlər Rusiya və Belarusu üz-üzə qoymağa çalışacaqlar, amma bu cəhdləri nəticəsiz olacaq. 2019-cu ildə Rusiya və Belarusun bir-birinə daha da yaxınlaşacağını düşünürəm”.(teleqraf.com)