Birləşmiş Millәtlәr Tәşkilatı mәlumat yaydı
Bu barәdә BMT-nin diplomatik mәnbәlәrindәn әldә olunan mәlumatda bildirilib.
Birləşmiş Millәtlәr Tәşkilatı mәlumat yaydı
Birləşmiş Millәtlәr Tәşkilatının baş katibi Antonio Quterreş BMT Təhlükəsizlik Şurasından Yəmənin Hudeydә şәhәrindә әldә olunan atəşkəsin nәzarәt edilmәsi üçün bölgəyə müşahidəçilərdәn ibarәt bir heyәtin göndәrilmәsini tәlәb edib.
Bu barәdә BMT-nin diplomatik mәnbәlәrindәn әldә olunan mәlumatda bildirilib. Mәlumata әsasәn, keçәn ay Yəmən hökuməti ilə Husiler arasında İsveçin paytaxtı Stokholmda baş tutan görüşlәrdәn sonra әldә olunan әtәşkәsә dair razılaşmanın dәstәklәnmәsi üçün BMT Təhlükəsizlik Şurasından bölgəyə 75 beynəlxalq müşahidəçinin göndərilməsi tələb edilib.
BMT Təhlükəsizlik Şurası ötən ay atəşkəsin dəstəklənmәsi üçün bölgәyә beynәlxalq müşahidәçilәrdәn ibarәt heyәt göndәrmişdi. Göndәrilәn heyәtin silahsız olduğu bildirilmişdi.
Diplomatik mənbələrə әsasәn, hazırda Hudeydedә tәhlükәsizlik problemlәri sәbәbindәn 16 müşahidəçi var.
Husiler və Yəmən hökuməti dekabrın 6-da başlayan vә 13-dә sona çatan danışıqların ardından Yəmən xalqı üçün həyati əhəmiyyət daşıyan Hudeydә şәhәri ilә bağlı razılıq әldә edildiyini bildirmişdi. Bölgәdә atәşkәs rejimi dekabrın 18-dә qüvvәyә minmişdi.
BMT-nin mәlumatına görə, dünyanın ən böyük humanitar böhranlarından birinin yaşandığı Yəməndə 14 milyon insan әrqaz qıtlığı riski ilə qarşı-qarşıyadır. Ölkədə 22 milyondan çox insan humanitar yardıma möhtacdır.
Qeyd edәk ki, Yәmәnin paytaxtı Sәna vә bәzi bölgәlәri 2014-cü ildәn etibarәn Husilәrin nәzarәtindәdir.