Boltonun Türkiyə səfəri bu iki ölkənin bölgədəki mövqelərinə necə təsir edəcək? -şərh

Boltonun Türkiyə səfəri bu iki ölkənin bölgədəki mövqelərinə necə təsir edəcək? -şərh

"Sevindirici haldır ki, dünyanın bir nömrəli dövləti statusuna malik nəhəng ABŞ, ən yaxın tərəfdaşımız olan qardaş ölkə Türkiyə ilə Suriyada cərəyan edən məsələlərdə hesablaşmaq məcburiyyətindədir”

 

Sfera.az-a açıqlamasında bu sözləri ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Türkiyəyə olan səfərini dəyərləndirərkən siyasi icmalçı Azər Həsrət deyib.

Həmin səbəbdən də həmsöhbətimiz Ankara ilə Vaşinqton arasında mövcud ziddiyyətlərə baxmayaraq, Suriya məsələsində hər ikisinin uduşlu şəkildə çıxacağına əmindir:

 

"ABŞ Prezidenti Donald Tramp bu yaxınlarda bəyan etdi ki, onlar Suriyadan birdəfəlik gedirlər. Ancaq sonrakı mərhələdə müşahidə etdik ki, birdəfəlik getmək söhbəti yoxdur. Tramp tədricən bu mövqeyindən geri çəkilməyə başladı. Əvvəl dedi ki, dörd ay sonra çıxacaqlar. Sonda isə yeni açıqlama ilə bildirdilər ki, ümumiyyətlə öz maraqlarının təmin edilməsi üçün bu və ya digər şəkildə Suriyada qalmaqda davam edəcəklər. Təbii ki, belə şəraitdə Con Boltonun səfəri və Türkiyədə danışıqlar aparması ortada hansısa bir alverin olmasından xəbər verir. Yəni görünür, ABŞ rəsmiləri öz prezidentlərinin düşünülməmiş açıqlamasını kompensasiya etməyə çalışırlar.

Onlar Suriyadan sadəcə olaraq boş-boşuna çəkilib getmək yolunu tutmayacaq. İsətyirlər ki, oradan çəkiləcəkləri təqdirdə, Türkiyədən də nələrisə qoparsınlar.  Ona görə də Amerika ilə Türkiyə arasında münasibətlər bu səviyyədə çatıb və indi müzakirələr gedir. Con Bolton da məhz bu səbəbdən Türkiyəyə gələrək danışıqlara cəhd edib. Təbii ki, bu məsələdə Ankara mövqeyindən geri çəkilməyəcək. Ortada Türkiyənin özünün maraq və mənafeləri, təhlükəsizliyi kimi amillər var. Hər halda görünən odur ki, Ankara da bu danışıqlar prosesindən maksimum faydalanaraq, öz mənafeyini təmin etməyə çalışacaq. Sevindirici haldır ki, dünyanın super gücü olan ABŞ kimi bir dövlət, ən yaxın tərəfdaşımız olan qardaş ölkə Türkiyə ilə belə məsələlərdə hesablaşmaq məcburiyyətindədir. Əslində, Türkiyə ilə ABŞ arasında münasibətlərin qəlizləşməsi yeni məsələ deyil. Uzun müddətdir ki, onlar arasında Suriya kimi məsələdə müəyyən problemlər yaşanır. Türkiyə isə bütün təzyiq cəhdlərinə baxmayaraq, öz mövqeyindın geri çəkilmir, kifayət qədər sərt şəkildə öz diqtəsini yeridir”.

 

A. Həsrət düşünür ki, ABŞ  nə qədər hay-küy qaldırmaqla həmin məsələnin üzərinə getsə də, Türkiyənin də maraq və mənafeyini nəzərə almalı olacaq:

"Ona görə də iki ölkə arasında münasibətlərin daha da qəlizləşəcəyini gözləmirəm. Əksinə, düşünürəm ki, hər iki tərəf daha ağıllı davranaraq, sözügedən oyundan 50-nin 50-yə səviyyəsində uduşlu şəkildə çıxmağa çalışacaqlar. Belə ki, hər iki dövlətin bu məsələdə kifayət qədər təcrübəsi var”.

 

 

Qeyd edək ki, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Türkiyə səfəri heç də hamar keçməyib. Səfər bir daha göstərdi ki, Suriya məsələsində, xüsusən də oradakı kürdlərə münasibətdə Ankara və Vaşinqtonun mövqeləri kəskin şəkildə fərqlənməkdə davam edir.

Hətta Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Con Boltonun təklifini qəbul etməyib. Buna səbəb kimi isə Boltonun Türkiyəyə səfərdən əvvəl verdiyi açıqlaması olub. Belə ki, Con Bolton Türkiyəyə səfərdən əvvəl İsraildə olub və burada Suriyanın şimalında kürdlərin qorunması ilə bağlı anlaşma olmadan ABŞ hərbçilərinin həmin bölgədən çıxmayacağını bəyan edib. Türkiyəyə səfəri fonunda isə Bolton  Ankarada İbarhim Kalın, Türkiyə xarici işlər nazirinin müavini, MİT başçısının müavini ilə görüşüb. Ərdoğan isə onunla görüşdən imtina edib və ABŞ rəsmisinin açıqlamasına cavab olaraq deyib ki, Boltonun mesajını udmağımız mümkün deyil.

 

ELÇİN


OXŞAR XƏBƏRLƏR

Nə üçün Bakını ziyarət edək? - "Forbes" Azərbaycandan yazdı

ABŞ-nin məşhur “Forbes” iqtisadi jurnalında Bakı haqqında məqalə-reportaj dərc olunub.   Sfera.az xəbər verir ki, yazıda Bakının tarixi, ...

Azərbaycanlı aktrisadan cəsarətli paylaşım – FOTOLAR

Türkiyədə yaşayan tanınmış aktrisa Nəsrin Cavadzadə yenə də diqqətləri üzərinə çəkməyi bacarıb. Aktrisa bu dəfə başdan-ayağa transparan libas seçimi ilə gündəmə...

Rusiya-Ukrayna müharibəsində dönüş olacaq?: "Zaman bu ölkənin xeyrinə işləyir"

Ukrayna və Rusiya prezidentlərinin danışıqlara başlanılması ilə bağlı verdiyi açıqlamalar münaqişənin həllində dönüş olacağına dair ümidlər yaradıb. Bəzi mülahi...

Hindistanda 32 hava limanı yeni işlək hala gəldi

Hindistan hakimiyyəti Hindistan-Pakistan sərhədində artan gərginlik fonunda əvvəllər bağlanmış 32 hava limanının fəaliyyətini bərpa etmək qərarına gəlib. &nb...

Müğənni Nigar “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? - FOTO

Müğənni Nigar Rəhimova "Vətən Müharibəsi iştirakçısı" medalı ilə təltif edilib.   Sfera.az xəbər verir ki, bu barədə Nigar Rəhimova öz...

ABŞ və Çin 90 günlük razılığa gəldi

ABŞ və Çin 90 gün müddətinə ticarət rüsumlarını qarşılıqlı azaltmaq barədə razılığa gəliblər.   Sfera.az xəbər verir ki, ABŞ Maliyyə Naziri Scott Bes...