Ərdoğan dünyaca məşhur pianoçunun konsertində iştirak edəcək

Ərdoğan dünyaca məşhur pianoçunun konsertində iştirak edəcək

AK Partiyasının sözcüsü Ömer Çelik 18 yanvar tarixində Ərdoğanın məşhur bəstəkar və pianoçu Fazil Sayın konsertində iştirak etmək istədiyini açıqlayıb.

 

Sfera.az Türkiyə mediasına istinadən qeyd edir ki, ötən ay müxalifliyi ilə tanınan Fazil Say Türkiyə prezidenti Ərdoğanı 18 yanvarda keçiriləcək konsertinə dəvət edib.

 

Belə ki, Ömer Çelik açıqlamasında "Hörmətli prezidentimiz bu dəvətdə iştirak etmək istəyir. Hazırda daha dəqiq danışa bilməməyimin səbəbi Xüsusi Qələm Müdirliyində bəzi görüşlərin olmasıdır. Bu aralar xarici səfərlərimiz, həmçinin, ölkə daxilində seçkilərlə bağlı iş proqramımız çoxdur. Prezidentimiz bu mədəni fəaliyyətlərdə tez-tez iştirak etmək istəyir, amma işləri çox olduğu üçün imkan tapmır. Bu konsertdə iştirak etməklə bağlı düşünür. Həmin tarixdə çox əhəmiyyətli gündəm olmasa konsertdə iştirak edəcək”.

 

Sfera.az


OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Bir neçə gün öncə ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfin...

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...