Paşinyan Moskva ilə İrəvanın arasını vurdu, Bakı isə...

Paşinyan Moskva ilə İrəvanın arasını vurdu, Bakı isə...
Rus jurnalistlərdən Azərbaycana və Ermənistana baxış

Rusiya mətbuatı Cənubi Qafqazın qəribəliklərindən yazıb. Qeyd edilib ki, ötən ilin region üçün əsas siyasi hadisəsi 3 ölkədə - Azərbaycan, Ermənistan və Gürcüstanda seçkilərin keçirilməsi oldu. Amma hər bir ölkədə onların gedişatı fərqli olub.

Gürcüstanın yeni prezidenti qalmaqalla seçildi. Müxalifət hələ də gürcü əsilli Paris sakini, Fransa diplomatı Salome Zurabişvilinin qələbəsini qəbul etmir. Xanımın qələbəsi eks prezident Mixail Saakaşvilinin qayıtmaq təhlükəsini də artırıb. İlk dəfə olaraq Gürcüstan tarixində qadın prezident oldu və səsvermə iki mərhələdə baş tutdu. Bununla da xalq siyasətçilərə vəziyyətdən, xüsusi ilə iqtisadiyyatdan  narazı oduqlarını bildirdi. Hələlik bu sahədə fəxr etməli heç nə yoxdur.

Ermənistan parlament respublikası oldu və nəinki prezident dəyişdi, faktiki olaraq bu ölkədə qərbyönümlü deputat Nikol Paşinyan Serj Sarkisyandan hakimiyyəti zorla əlinə aldı. İnqilabın köpüklər tam dağılmamış keçmiş məmurların həbsi başladı. Məsələn, keçmiş prezident Robert Koçaryanın. Rusiya biznesinə hücumlarla bağlı qalmaqallar yaşandı.

Paşinyan xarici siyasətdə sərt manevrlər etməyəcəyinə söz verməsinə baxmayaraq əksini etdi. Qarabağa məsələsinin həlli, iqtisadiyyat, silah alışı və s məsələlərdə Rusiyadan olan asıllığa baxmayaraq Paşinyanın öz strategiyasını yeritməsi Moskva ilə İrəvan arasında ciddi problemlərə gətirib çıxardı. Strateji dostluq haqqında and-aman edən siyasətçinin dedikləri də boşa çıxdı və Rusiya yanvarın 1-dən Ermənistana nəql etdiyi qazın qiymətini artırdı.

İrəvanda isə Maliyyə Nazirliyi artıq xarici borcum miqdarı 2019-cu ildə rekord səviyyəyə çatacağı barədə xəbərdarlıq edib. Bu ümumdaxili məhsulun 50 faizi deməkdir.

İndi xalq yoxsulluqdan şikayət edir və inqilabçıların onları aldatdıqlarını düşünürlər. 

Azərbaycan üçün isə ötən ili uğurlu saymaq olar. İlham Əliyev yenidən seçicilərin 86 faizinin səsini toplayaraq prezident seçildi. İqtisadiyyata gəldikdə isə o, nəinki stabilləşib, həm də ölkənin valyuta ehtiyatını əhəmiyyətli dərəcədə artırıb. Azərbaycan iqtisadi sahədə ciddi adımlar atır və əldə edilən göstəricilər sevindirir. Burada Ermənistan və Gürcüstandakı kimi yoxdsulluq yoxdur. Hətta gələn aydan artımla hesablanacaq pensiyanın səviyyəsi də adıçəkilən ölkələrdən artıqdır. 

Düzdür hələlik Qarabağ məsələsi kimi aktual problem həll edilməyib. Ancaq politoloqlar, ekspertlər düşünürlər ki, bu il qeyd edilən məsələdə həlledici olacaq. Bakı özünü əmin aparır. Münaqişşə zonasında bütün göstəricilərə görə İrəvanı üstələyir.  Bütün bunlar münaqişənin sülh yolu ilə həllində rol oynamalıdır. Bunu artıq hətta İrəvanda da bəzi siyasətçilər anlamağa başlayırlar. Başqa yol yoxdur. 

  

OXŞAR XƏBƏRLƏR

“Həyat yoldaşından küsən qadın çökür”

Xalq artisti Gülyanaq Məmmədova həyat yoldaşından danışıb. Sfera.az xəbər verir ki, “Maqazin plus” yutub layihəsində qonaq olan müğənni on...

"80 milyon insan aclıqla üz-üzə qalacaq" - BMT rəsmisi

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları üzrə nümayəndəsi iqlim dəyişikliyinin qlobal aclıq böhranını daha da dərinləşdirəcəyini bildirib.   ...

ABŞ bu sahədə Çinə uduzacaq: "Üstünlüyümüz uzun sürməyəcək”

“OpenAI”nin baş direktoru Sam Altman ABŞ Senatında verdiyi açıqlamada Amerikanın süni intellekt (SI) sahəsindəki liderliyinin Çin qarşısında davamlı...

Metro və dəmir yolundan istifadə edənlər üçün SEVİNDİRİCİ XƏBƏR

Böyük şəhərlərin dayanıqlı inkişafında relsli nəqliyyat - metro və dəmir yolu sistemləri ən effektiv həll yollarından biri sayılır.   Sfera.az x...

Nə üçün Bakını ziyarət edək? - "Forbes" Azərbaycandan yazdı

ABŞ-nin məşhur “Forbes” iqtisadi jurnalında Bakı haqqında məqalə-reportaj dərc olunub.   Sfera.az xəbər verir ki, yazıda Bakının tarixi, ...

Azərbaycanlı aktrisadan cəsarətli paylaşım – FOTOLAR

Türkiyədə yaşayan tanınmış aktrisa Nəsrin Cavadzadə yenə də diqqətləri üzərinə çəkməyi bacarıb. Aktrisa bu dəfə başdan-ayağa transparan libas seçimi ilə gündəmə...