İlham Əliyev Cəlilabadda - Yenilənib

İlham Əliyev Cəlilabadda -  Yenilənib

Prezident İlham Əliyev avqustun 11-də Cəlilabad rayonuna səfərə gəlib. 

Sfera.az Azertac-a istinadən xəbər verir ki, dövlət  başçısı əvvəlcə mərhum prezident Heydər Əliyevin Cəlilabad şəhərinin mərkəzindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Azərbaycan Prezidentinə abidənin ucaldığı Heydər Əliyev adına park haqqında məlumat verib.

Bildirildi ki, ümumi sahəsi 7500 kvadratmetr olan parkda sakinlərin və rayonun qonaqlarının istirahəti üçün hər cür şərait yaradılıb. Parkın ərazisində iki fəvvarə, müasir işıq dirəkləri və oturacaqlar quraşdırılıb, yaşıllıq zolağı salınıb, yeni gül kolları əkilib.

***

Prezident İlham Əliyev Cəlilabadda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş körpələr evi-uşaq bağçasının açılışında iştirak edib

Dövlət başçısı körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsib və burada yaradılan şəraitlə tanış olub. 


OXŞAR XƏBƏRLƏR