Prezidentin oğlu icarəyə verildi
İdman
07:31 / 08.01.2019
1849
PSJ gənc ulduzu Timoti Veanı icarəyə verib.
18 yaşlı hücumçu karyerasını Şotlandiyanın "Seltik" klubunda davam etdirəcək. Qlazqo təmsilçisi gənc forvardı mövsümün sonuna kimi icarəyə götürüb.
Qeyd edək ki, Timoti 1995-ci ildə "qızıl top"u qazanan, hazırda Liberiyanın prezidenti olan Corc Veanın oğludur. Timoti atasından fərqli olaraq, Liberiyanın deyil, ABŞ millisinin şərəfini qoruyur.