Erməni ordusu niyə bir-birini qırır? - Açıqlama

Erməni ordusu niyə bir-birini qırır? - Açıqlama

Son günlər Ermənistan ordusunda intizamsızlıq, təminatın qeyri-qənaətbəxş olması, əsgər döyülmələri adi hala çevrilib. Ötən həftə 79 əsgərin eyni anda xəstəlik və aclıqdan hospitala yerləşdirilməsi Ermənistan ordusunda vəziyyətin daha da bərbad olmasından xəbər verir.

Sfera.az xəbər verir ki, hərbi ekspert Tərlan Eyvazovun fikrincə, bunun bir neçə səbəbi var. Belə ki, ötən ilin yazında hakimiyyətə mitinqlər yoluyla gələn Paşinyan Qarabağ klanını sıradan çıxarmaq istəyir. Bunu Ermənistanda bacarsa da işğal olunmuş Qarabağda hələ ki, istəyinə nail ola bilmir:

Картинки по запросу hərbi ekspert Tərlan Eyvazov

 

 

"İndiki hakimiyyətlə qondarma DQ rejimi arasında hələ ki, razılıq əldə olunmayıb. Leninin belə bir sözü var: hakimiyyətə gəlmək asandır, amma onu əldə saxlamaq çətin... Hakimiyyətə hay-küylə gəlmək olar, lakin onu saxlamaq üçün resurslar lazımdı. Ən əsası da idarə etmək üçün güclü kadrlar və təcrübə. Amma bunların heç biri indi gələn komandada yoxdur. Paşinyan düşünür ki, xalqın səsiylə idarə edə biləcək. Bu gün xalq onun arxasında durur, lakin sabah verilən vədlərin yerinə yetirilməsinin təminatını istəyəcək. O təminatların içində əsgər ölümlərinin, xəstəliklərinin, döyülmələrinin olmaması da var. Orduda qayda-qanun yaradılsın, onun təminatı yaxşı olsun”.

 

Ekspertin sözlərinə görə, Paşinyan bunları söz versə də əlində yetərli resurslarının olmamasına görə pis duruma düşür:

 

"Paşinyan qondarma Dağlıq Qarabağ rəhbərliyini dəyişdirmək istəsə də, hələ ki, buna nail ola bilmir. Ona görə də onlar arasında qarşıdurmalar yananır. "Bu qarşıdurmaların nəticəsində ön xətdə duran hərbiçilər ziyan çəkir, nizam-intizam pozulur. Qarabağ klanınn əlində pul, terror qruplaşmaları, silah və beynəlxalq dəstək olduğuna görə, ciddi şəkildə müqavimət göstərirlər. Ermənistanda olan vəziyət bizdə 90-cı illərin əvvəlindəki vəziyyətə çox oxşayır. Paşinyanın hakimiyəti ələ almasından sonra ümidləri istənilən kimi doğrultmamasının yan təsirləri orduya da təsir edir. Orduda baş verənlər Paşinyan əleyhdarlarının sabotajı da ola bilər”.


Sfera.az

 



OXŞAR XƏBƏRLƏR

ABŞ bu sahədə Çinə uduzacaq: "Üstünlüyümüz uzun sürməyəcək”

“OpenAI”nin baş direktoru Sam Altman ABŞ Senatında verdiyi açıqlamada Amerikanın süni intellekt (SI) sahəsindəki liderliyinin Çin qarşısında davamlı...

Metro və dəmir yolundan istifadə edənlər üçün SEVİNDİRİCİ XƏBƏR

Böyük şəhərlərin dayanıqlı inkişafında relsli nəqliyyat - metro və dəmir yolu sistemləri ən effektiv həll yollarından biri sayılır.   Sfera.az x...

Nə üçün Bakını ziyarət edək? - "Forbes" Azərbaycandan yazdı

ABŞ-nin məşhur “Forbes” iqtisadi jurnalında Bakı haqqında məqalə-reportaj dərc olunub.   Sfera.az xəbər verir ki, yazıda Bakının tarixi, ...

Azərbaycanlı aktrisadan cəsarətli paylaşım – FOTOLAR

Türkiyədə yaşayan tanınmış aktrisa Nəsrin Cavadzadə yenə də diqqətləri üzərinə çəkməyi bacarıb. Aktrisa bu dəfə başdan-ayağa transparan libas seçimi ilə gündəmə...

Rusiya-Ukrayna müharibəsində dönüş olacaq?: "Zaman bu ölkənin xeyrinə işləyir"

Ukrayna və Rusiya prezidentlərinin danışıqlara başlanılması ilə bağlı verdiyi açıqlamalar münaqişənin həllində dönüş olacağına dair ümidlər yaradıb. Bəzi mülahi...

Hindistanda 32 hava limanı yeni işlək hala gəldi

Hindistan hakimiyyəti Hindistan-Pakistan sərhədində artan gərginlik fonunda əvvəllər bağlanmış 32 hava limanının fəaliyyətini bərpa etmək qərarına gəlib. &nb...