SON DƏQİQƏ! Bu ölkədə dövlət çevrilişi oldu!

Hadisə
11:50 / 07.01.2019
1988
Qabonda ordu idarəetməni nəzarətə aldığını bəyan edib.
Sfera.azbildirir ki, bu xəbər Qabon dövlət televiziyasında hərbçilər tərəfindən elan olunub.
Qeyd olunur ki, səhər saatlarında televiziya binasına daxil olan hərbçilər hakimiyyəti ələ keçirdiklərini və yaxın günlərdə "Milli bərpa şurası”nın yaradılacağını bəyan edib.
Xatırladaq ki, Qabon prezidenti Əli Bonqo Ondimba ötən ilin oktyabrında insult diaqnozu xəstəxanaya yerləşdirilmişdi. Həmin müddətdən onun səhhətində problemlərin davam etdiyi deyilirdi.