Ölümdən başqa hər şeyin dərmanı-HİL

Ölümdən başqa hər şeyin dərmanı-HİL
Bizim bazarlarda daha çox 2 cür hil satılır: ağ və tünd yaşıl rəngdə, mən tövsiyyə edərdim ki, tünd yaşıl rəngdə olan hildən alıb istifadə edəsiniz.

Bu tövsiyəni tanınmış həkim fitoterapevt Fizuli Hüseynov verir:

Hil çox qeyri-adi ətrə malik bir toxumdur. Hil toxumunun bir neçə istifadə qaydası vardır, yeməklərə, çaya və qəhvəyə qarışdırılaraq istifadə edilir, bizim üçün daha rahat üsul içdiyimiz çayı dəmləyəndə 3 stəkanlıq çaynikə 15 ədəd hil atıb dəmləmək lazımdır.

Hil mədə turşuluğunu azaldır, əgər mədə turşuluğu çoxalıb qida borusunu yandırıbsa (buna tibbdə ezofaqit deyilir) ən yaxşı üsullarda biri hil çayının içilməsidir.

Hil qastritlərdə, mədə qıcqırmasında, mədə yanğısında çox faydalıdır. Hil çayı köpü aradan götürmək üçün də çox faydalıdır.

Əgər köpdən əziyyət çəkirsinizsə 3 stəkan suya 15 ədəd hil, 5 ədəd mixək, təxminən qoz boyda zəncəfil qarışdırıb termosda dəmləyin, gündə 3 dəfə yeməkdən təxminən 1 saat əvvəl 1 stəkan için.

Hil həm də əsəb sakitləşdirici bir çaydır. Axşamlar 1 stəkan nanə çayına 5-6 ədəd hil qarışdırıb dəmləyib yatmazdan 1 saat əvvəl içmək çox dərin bir yuxunun əmələ gəlməsinə səbəb olur.

Əgər əsəb gərginliyiniz varsa, bu çayı gündə 3 dəfə içə bilərsiniz. Çayın dəmlənilmə qaydası belədir: 3 stəkan su tutan termosa 2 orta xörək qaşığı nanə yarpağı 15 ədəd hil qarışdırıb dəmləyin, gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 stəkan için, bu çay həm də mədə bağırsaq sancılarınıda aradan qaldırır.

Hil çayı yüksək xolesterini aşağı salır, cinsi istəyi artırır, immuniteti qüvvətləndirir.

Əgər yaşadığınız yerdə hər hansı bir xəstəlik yayılıbsa məsələn qrip və ya hər hansı infeksion bir xəstəlik bol-bol hil çayı için.

Ağızdan iy gəlirsə hil dənələrini ağıza atıb çeynəmək lazımdır, ağızı fərahlandırır, hil toxumlarını ağızda çeynəyəndə suyunu tüpürmək lazım deyil, udmaq lazımdır, çünki ola bilər ki, ağız qoxusu mədə mənşəli olsun onda hil qarışmış ağız suyu həm qoxunu götürür, həm də ağız boşluğu və mədəni müalicə edir.

Xatırladım ki, hil qarışıqlı qəhvə çox xoş qoxulu olur və fərqli bir dadı olur. Qəhvəni belə hazırlaya bilərsiniz: əvvəlcə hil qəhvə üyüdəndə üyüdülürƏ sonra 1/3 nisbətində (yəni 3 hissə qəhvə 1 hissə hil tozu) bir-birinə qarışdırılır. Bu qarışımla qəhvə hazırlanılır və içilir.

Hil toxumunun iltihab əleyhinə də güclü təsiri vardır.

OXŞAR XƏBƏRLƏR

Maqnit qasırğaları olacaq - Təhlükəli günlər AÇIQLANDI

Yer yenidən bir sıra maqnit qasırğaları ilə əhatə olunacaq. Alimlərin fikrincə, yaxın günlərdə bəzi insanların səhhətinin pisləşməsinə səbəb ola biləcək geomaqn...

Mingəçevirdə avtobusun vurduğu qadın həyatını itirdi

Bir neçə gün öncə Mingəçevirdə Heydər Əliyev prospektinin Günəşli yaşayış massivi ərazisindən keçən hissəsində 1972-ci il təvəllüdlü Mətanət Hacıyevanı Oğuz-Min...

Azərbaycanda neçə qadın hakim var?

Azərbaycanda hazırda 179 qadın hakim fəaliyyət göstərir.   Sfera.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Məhkəmə-Hüquq...

Azərbaycanla Pakistan arasında memorandum imzalandı

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşü çərçivəsində Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə Azərbaycanla Paki...

Bu oyuncaqlar uşaq üçün ölümcül ola bilər

İngiltərədə baş verən dəhşətli hadisə valideynlər üçün ciddi xəbərdarlıq oldu. Qarın ağrısı ilə xəstəxanaya aparılan 18 aylıq Kai adlı körpənin rentgen nəticələ...

Bazar günü hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında iyulun 6-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.   Milli Hidrometeorologiya Xidmət...