Amerikalı pleyboy, fransalı mer, rusiyalı yazıçı – Azərbaycanın “qara siyahı”sına düşən əcnəbilər

Amerikalı pleyboy, fransalı mer, rusiyalı yazıçı – Azərbaycanın “qara siyahı”sına düşən əcnəbilər
Geridə qoyduğmuz 2018-ci il də Azərbaycanın işğal atındakı torpaqlarına əcnəbi ölkə vətəndaşlarının səfərləri ilə yadda qaldı.
 
2018-ci ildə Azərbaycanın "qara siyahı”sına düşən xarici ölkə vətəndaşlarının siyahsını təqdim edirik.
 
Vladislav Movsesov – Əslən erməni mənşəyinə malik belaruslu blogger daha çox Vlad Maqa təxəllüslü ilə tanınır. 2018-ci ilin iyulunda Azərbaycana qədər edən blogger yerli sakinlərlə kobud danışığı və təxribatlarla zəngin videoreportajını öz Youtube kanalına yerləşdirmişdi. Bundan sonra, ətrafında şou yaratmaq məqsədilə Azərbaycana səfərindən sonra çoxlu təhdidlər aldığı deyən blogger "təhlükəsizlik” məqsədilə Belarusdan Ermənistan, sonra isə Qarabağa qaçmışdı. Amma gözlədiyi populyarlığı qazanmadığını görən Movsesov Ermənistandakı himayədarları ilə dalaşaraq Belarusa qayıtmışdı.
 
Dez Bilzeryan – Ata babası erməni mənşəyinə malik amerikalı məşhur milyonçu və dəbdəbəli həyat tərzi ilə tanına Den Bilzeryanın Dağlıq Qarabağa gözlənilməz səfəri də ciddi rezonans doğurmuşdu. Avqust ayında Ermənistanı ziyarət edən milyonçu sonradan işğal alıtndakı torpaqlara gedərək hətta poliqonda müxtəlif silahlardan atəş də açmışdı.
Bu addımına görə, Azərbaycanın Baş Prokurorluğu Den Bizleryanı mütəşəkkil cinayətkar qrup tərkibində ölkə sərhədini pozmaqda ittiham edərək axtarışa vermişdi. Bundan başqa, rəsmi Bakı Vaşinqtona da nota verərək ABŞ vətəndaşının təxribatçı hərəkətlərinə etirazını bildirmişdi.
 
Yazıçı Lüdmila Ulitskaya, parlament deputatı Svetlana Jurova və ictimai xadim Anna Federmesser Ermənistanın birinci ledisi Anna Akopyanın çağırışı ilə "Qadınlar Sülh Naminə” adlı şübhəli məqsədlər daşıyan təşəbbüsə qoşularaq Qarabağa səfər etmişdilər. Oktyabrın 7-də onlar təmas xəttinə gələrək tərəfləri sülhə çağırmışdılar. Anna Akopyanın rezonans doğurmaq məqsədilə təşkil etdiyi bu tədbir istənilən nəticəni verməmişdi. Rəsmi Bakı hər 3 rusiyalı qadını "arzuolunmaz şəxslər” siyahısına saldı.
 
Qael Perdrio – Fransanın Sent-Etyen şəhərinin meri oktybarın sonlarında Qarabağa qanunsuz səfər etmişdi. O, Sent-Etyenlə Şuşa arasında dostluq bəyyanaməsi də qəbul etmişdi. Rsəmi Bakı isə diplomatic qaydaları pozan fransalı meri "qara siyahı”ya salmışdı.modern.az

OXŞAR XƏBƏRLƏR

Azərbaycanlı aktrisadan cəsarətli paylaşım – FOTOLAR

Türkiyədə yaşayan tanınmış aktrisa Nəsrin Cavadzadə yenə də diqqətləri üzərinə çəkməyi bacarıb. Aktrisa bu dəfə başdan-ayağa transparan libas seçimi ilə gündəmə...

Rusiya-Ukrayna müharibəsində dönüş olacaq?: "Zaman bu ölkənin xeyrinə işləyir"

Ukrayna və Rusiya prezidentlərinin danışıqlara başlanılması ilə bağlı verdiyi açıqlamalar münaqişənin həllində dönüş olacağına dair ümidlər yaradıb. Bəzi mülahi...

Hindistanda 32 hava limanı yeni işlək hala gəldi

Hindistan hakimiyyəti Hindistan-Pakistan sərhədində artan gərginlik fonunda əvvəllər bağlanmış 32 hava limanının fəaliyyətini bərpa etmək qərarına gəlib. &nb...

Müğənni Nigar “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? - FOTO

Müğənni Nigar Rəhimova "Vətən Müharibəsi iştirakçısı" medalı ilə təltif edilib.   Sfera.az xəbər verir ki, bu barədə Nigar Rəhimova öz...

ABŞ və Çin 90 günlük razılığa gəldi

ABŞ və Çin 90 gün müddətinə ticarət rüsumlarını qarşılıqlı azaltmaq barədə razılığa gəliblər.   Sfera.az xəbər verir ki, ABŞ Maliyyə Naziri Scott Bes...

Gəncədə yaşayış binasında PARTLAYIŞ: Ölən və xəsarət alan var

Gəncədə yaşayış binasında partlayış olub.   Sfera.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.   Belə ki, sözügedən ərazi...