Dünyanın ən gözəl hovuzları – Fotolar

Dünyanın ən gözəl hovuzları –  Fotolar


Sfera.az isti yay günlərində dünyanın ən qəribə və gözəl hovuzlarının fotolarını seçib. Bu hovuzların inanılmaz mənzərəsi, cəlbedici görünüşü, dəbdəbəli dizaynı insanı nağıllar aləminə aparır.
"Grace Santorini", Yunanıstan
Yunan adası Santorini planetin ən gözəl yerlərindən biridir. "Grace Santorini" otelindəki eksklüziv hovuz isə ən heyrətamiz dizayn qurğularından biri hesab olunur. Təsadüfi deyil ki, 2010-ci ildə məhz bu romantik istirahət mərkəzi Avropanın 10 ən yaxşı otellərindən biri seçilib.
“Anantara Chiang Mai Resort & Spa”, Tayland
Taylandın ən sakit otellərindən biridir. Hovuzdan açılan mənzərə başqa bir aləmdir. Lalələr, cəngəlliklər, yaşıllıq əsəblərini sakitləşdirir.
"Lotte Hotel", Moskva
Moskvadakı hovuz da dünyanın ən gözəl otellərindən birindədir. 1500 kvadratmetrlik nəhəng hovuz nəcib göy rəngdədir.
“Ubud Hanging Gardens”, Bali
Vəhşi təbiətin gözəlliyi, nadir landşaft və bir neçə müxtəlif yüksəklikdə inşa edilən qeyri-adi hovuzdan təpələr, cəngəlliklər və budda məbədinə gözəl mənzərə açılır.
“Golden Nugget Hotel” Las-Veqas
Las-Veqas gurultulu və maraqlı əyləncələri ilə qonaqları təəccübləndirməyi sevir. Ona görə də, dünyanın ən gözəl hovuzlarından birinin Las-Veqasda olması təsadüfi deyil. Özü də bu hovuzun tikintisi 20 mln. dollara başa gəlib. Hovuzda akulalar, ekzotik balıqlar və digər dəniz heyvanları məskunlaşıb, müştərilərə isə akulalarla yanaşı üzmək imkanı verir. 900 000 litr su tutan hovuzda təhlükəli, yırtıcı balıqlar xüsusi arakəsmələrlə təmin edilib.
“Marina Bay Sands Hotel”, Sinqapur Şəhərdə gözəl peyzajdan söhbət düşəndə Sinqapur həmişə öndədir. 55 mərtəbəli otelin hovuzundan gecə mənzərəsini izləmək başqa aləmdir.
"The Cambrian Hotel", İsveçrə
İsveçrənin ən yaxşı otellərindən biri sayılır: Gözəl hovuz, Alp mənzərəli dəbdəbəli hovuzdan açılan mənzərə insana sakitlik bəxş edir.(gecce.az)


OXŞAR XƏBƏRLƏR