Vassallıqla düşmənçilik arasında: Ermənistan Rusiya üçün ya vassal ola bilər, ya düşmən...

Vassallıqla düşmənçilik arasında: Ermənistan Rusiya üçün ya vassal ola bilər, ya düşmən...
"Məxməri inqlaba”  ideoloji yaxınlığı və dəstəyi ilə seçilən erməni lragir.am resursu redaksiya yazısında Paşinyanın Putinlə son görüşünün nəticələrini Ermənistan- Rusiya münasibətlərinin "yeni mərhələsi” kontekstində təhlil edir.

"Vassallıqla düşmənçilik arasında: hazırki düzüm nə qədər sürə bilər”:

"Putinlə Moskvada görüşündən sonra Nikol Paşinyan bildirdi ki, qaz məsələsində razılığa gəlinməyib. O, qeyd edib ki, gündəmdə məsələlər çox olduğundan, onların hamısını müzakirə edə bilməyiblər. Paşinyanın bəyanatlarına diqqət yetirsək, məsələlərin heç biri haqqında razılıq əldə olunmayıb. Hətta belə çıxır ki, qaz, KTMT sədri və digər məsələlər daha dərin və qlobal problemlərin yalnız detallarıdır və səbəb deyil, nəticələrdir.  

Paşinyan Rusiya ilə strateji müttəfiqliyin məzmununu yeniləşdirmək istəyir, Rusiya ilə münasibətlərimiz xüsusi strateji xarakter daşıdığından, ümid edirik, münasibətlərin strateji xarakteri bizim iqtisadi, siyasi, hərbi-texniki münasibətlərdə əksini tapacaq və biz, əlbəttə, konkret nəticələri nəzərdə tuturuq”. 

Putinin, "münasibətlər əvvəlki nəsillərin qurduğu üzərindən davam etməlidir və Rusiya onların qorunması üçün həy edəcək”, sözlərini Ermənistanda çoxları, Rusiyanın yeni münasibətlər qurmaq istəməməsi və müttəfiqlik hisslərindən daha çox təhdid kimi qəbul etdilər.  

Politoloq Ara Papyan hesab edir ki, Ermənistan Rusiya üçün ya vassal ola bilər, ya düşmən. Ermənistanın suverenliyindən irəli gələn hər bir addımı Rusiya düşmənçiliklə qəbul edib. 

"Kopırkin (RF-nın Ermənistanda səfiri-red), Rusiyanın Ermənistana münasibətdə yeni, "yumşaq güc” siyasətini təntənəli sürətdə elan etdi. Bununla, Ermənistanın statusunu vassaldan düşmənə keçid kimi qiymətləndirmək lazımdı. Bu kövrək vəziyət nə qədər sürə bilər- məsələ yalnız bundadır”, politoloq Pavel Dallakyan hesab edir.  

Sonda məqalə, " Rusiya, ənənəvi "vassal-düşmən” yanaşmasından imtina edəcəkmi?”, sualını verir və "1921-ci ildə Ermənistan ərazisinin Rusiya tərəfindən Türkiyəyə hədiyyə edilməsini, Ermənistanda rus-türk birgə vəhşilikləri, Qarabağ ermənilərinə qarşı 80-90-cı illərdə  rus ordusunun iki cəza əməliyatlarını” xatırlatmaqla, suala cavab verir.  

P.S. Görüşdən iki gün sonra Qazprom Ermənistan üçün qazın qiymətini 15 dollar artırdı.Moderator.az

OXŞAR XƏBƏRLƏR

Siam əkizləri möcüzəvi şəkildə ayrıldı: Əməliyyatda 16 həkim iştirak edib

Braziliyanın Qoias əyalətində cərrahlar döş qəfəsi, qarın və çanaq nahiyəsindən bir-birinə bağlı olan bir yaşlı siam əkizləri Kiraz və Arunanı ayırmaq üçün mürə...

“Gözünü çıxarıb, üzərindən maşınla keçiblər…” - İDDİA

Gəncədə  döyüldükdən sonra həyatını xəstəxanada itirən 2007-ci il təvəllüdlü Elgün İbrahimovun qətli ilə bağlı tükürpədici iddialar səslənib.  ...

Putin Quru Qoşunlarının baş komandanını vəzifəsindən AZAD ETDİ

Rusiya Prezidenti Vladimir Putin Quru Qoşunlarının baş komandanı, ordu generalı Oleq Salyukovu vəzifədən azad edib və onu Rusiya Təhlükəsizlik Şurası katibinin ...

Hakan Fidan Vladimir Medinski ilə görüşəcək

Bu gün axşam saatlarında Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya Prezidentinin köməkçisi Vladimir Medinskinin başçılıq etdiyi nümayəndə heyəti ilə gör...

Məşhur musiqiçi gecə klubunda şiddətli davaya görə həbs edildi - FOTO

Amerikalı musiqiçi Kris Braun London gecə klubunda kişiyə hücum etdiyi üçün həbs edilib. Polis onun bir neçə saat əvvəl şəxsi təyyarəsi ilə şəhərə gəldiyini öyr...

İstanbulda Rusiya-Ukrayna danışıqları mayın 16-da başlayacaq

Rusiya və Ukrayna arasında İstanbulda keçiriləcək danışıqlar mayın 16-da başlayacaq.   Sfera.az xəbər verir ki, bu barədə TASS mənbəyə istinadən məlu...