Lukaşenko Putinə Yeni il üçün kartof hədiyyə edib – Foto

Lukaşenko Putinə Yeni il üçün kartof hədiyyə edib – Foto
Belarus prezidenti Aleksandr Lukaşenko Moskvaya səfərlərinin birində rusiyalı həmkarı Vladimir Putinə Yeni il tətilində yemək üçün 4 kisə kartof və salo hədiyyə edib.
Bunu Lukaşenkonun mətbuat katibi Natalya Eysmont "Belarus-1” telekanalının efirində deyib.

"Deyə bilərəm ki, Aleksandr Qriqoryeviç Vladimir Vladimiroviçə təkcə kartof hədiyyə etməyib…Əslində, bildiyim qədər, Rusiya prezidenti yaxşı salonu çox sevir. Və Aleksandr Qriqoryeviç də bundan xəbər tutaraq… növbəti səfərində özü ilə salo da gətirib… əlbəttə, ən dadlı Belarus salosunu. Ardınca kartof apardı”, — deyə RİA "Novosti” Eysmontun sözlərini sitat gətirib.

O qeyd edib ki, söhbət prezident bağında becərilən kartofdan gedir.

Eysmontun sözlərinə görə, haçansa Lukaşenko yarızarafat Putindən soruşub ki, "Belarusdan nə gətirsin?”.

"Və cavab məhz belə olub: "Belarusdan başqa nə xahiş etmək olar? Kartof və salo”. Cavabımız özünü çox gözlətmədi. Biz bu kartofdan dörd kisə gətirdik”, — deyə mətbuat katibi əlavə edib.

O qeyd edib ki, kartoflar fərqli yeməklərin hazırlanması üçün müxtəlif növlərdən olub. (Report.az)

OXŞAR XƏBƏRLƏR

"Evdə eyni vaxtda bir neçə cihazı işlətməyin" - Mütəxəsisdən vacib tövsiyə

Havaların isinməsi ilə əlaqədar olaraq yanğın təhlükəsi artır. Təhlükəsizlik mütəxəssisləri həm fərdi yaşayış evlərində, həm də ictimai və sənaye obyektlərində ...

Maykl Ceksonun ölümündən əvvəkki son görüntüsü - VİDEO

Əfsanəvi müğənni Maykl Ceksonun ölümündən iki gün əvvəl çəkilmiş video yayımlanıb.   Sfera.az xəbər verir ki, yayımlanmamış video böyük səs-küyə səb...

MN-dən partlayış səsləri ilə bağlı əhaliyə ÇAĞIRIŞ

2-5 may tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi...

Hər şey mümkündür: Daun sindromlu uşaqlar üçün sosial layihə

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Qırmızı Ürəklər Fondu tərəfindən ürəkləri isidən bir tədbir keçirilib. “Hər şey mümkündür&...

Daha bir gənc müəllim qəfil vəfat etdi - FOTO

Bakı şəhəri 183 saylı orta məktəbin müəllimi 34 yaşlı Yaşar Aliyarlı qəfil vəfat edib.   Sfera.az “qafqazinfo.az”a istinadən xə...

"Bu tarixdə dünyanın sonu gələcək" - İDDİA

Alimlər atmosferdəki oksigen səviyyəsinin təxminən 1 milyard il sonra azalacağını açıqlayıblar.   Sfera.az “Milliyet” nəşrinə istinadən x...