Türkiyə MİT-i Azərbaycanda əməliyyat keçirib

Türkiyə MİT-i Azərbaycanda əməliyyat keçirib
Türkiyənin kəşfiyyat orqanı olan Milli İstihbarat Təşkilatı (MİT) Azərbaycanda əməliyyat keçirərək "FETÖ" şəbəkəsinin üzvünü yaxalayıb. Bu  barədə NTV kanalı məlumat yayıb.

Məlumata görə, "FETÖ" şəbəkəsinə daxil olan Mehmet Gelen adlı müəllim MİT tərəfindən Azərbaycanda yaxalanaraq Türkiyəyə aparılıb.

Türkiyədə "15 iyul" hadisələrindən sonra Azərbaycanda fəaliyyəti dayandırılan "FETÖ"nün məktəblərində müəllimlik edən Mehmet Gelen saxta pasportla Belarusa daxil olmaq istəyib. Belarusun hüquqi prosedurlarından sonra Azərbaycana ekstradisiya olunan "FETÖ"çü müəllim uğurlu əməliyyatla yaxalanaraq Türkiyəyə aparılıb.

OXŞAR XƏBƏRLƏR