Məhkəmə Koçaryanın işinə baxmadı - Yenə həbsdə qaldı

Məhkəmə Koçaryanın işinə baxmadı - Yenə həbsdə qaldı
Ermənistanın ikinci prezidenti Robert Koçaryan həbsdə qalacaq.
 
Yerevan məhkəməsi Koçaryanın vəkillərinin eks-prezidentə qarşı həbs qətimkan tədbirinin dəyişdirilməsi və onun girov müqabilində azadlığa buraxılması ilə bağlı vəsatətinə baxmayıb. Bununla bağlı iclas gələn ilin yanvarın 9-na keçirilib. 

Xatırladaq ki, Koçaryan 2008-ci ilin martında ölkədə konstitusion quruluşu devirməkdə ittiham olunaraq bu ilin iyulun sonlarında həbs edilib. Lakin Yerevan Apellyasiya məhkəməsi avqustun 13-də həbs qərarını ləğv edib. Daha sonra Baş Prokurorluq qərardan kassasiya şikayəti verib. Bununla da, iş baxılması üçün təkrar Apellyasiya məhkəməsinə göndərilib. 
 
/qafqazinfo
 

OXŞAR XƏBƏRLƏR