Almaniyada müsəlmanlar üçün məscid vergisi tətbiq etmək istəyirlər

Almaniyada müsəlmanlar üçün məscid vergisi tətbiq etmək istəyirlər
Almaniya hökuməti "kilsə yığımı” nümunəsinə əsaslanaraq, müsəlmanlardan məsciddən istifadəyə görə vergi toplamağı planlaşdırır.
Bundestaqın deputatları bu yolla məscidlərin ərəb dövlətlərinin dotasiyalarından asılılığını azaltmağa və radikal cərəyanların qarşısını almağa çalışır.

Almaniyada yaşayan bir çox müsəlmanlar qanunun qəbul olunacağı təqdirdə bunun müsəlmanların ciddi etirazına səbəb olacağını və çox sayda müsəlmanın vergidən yayınaraq radikallara qoşulacağını güman edir.

Almaniyada kilsə vergisi kilsənin rəsmi olaraq dövlətdən ayrılmasından sonra, XIX əsrin sonlarından tətbiq olunur. XX əsrin əvvəllərində "dini vergi” qanun şəklində təsbit olunub və onun toplanması dövlətə həvalə olunub. Qanun buna qədər yalnız katolik və protestantlara şamil olunurdu.

Habelə digər din və konfessiyalardan olan sakinlər könüllü olaraq vergini verə bilirdi. Toplanan vəsaitin ünvanına – məscid, sinaqoq və ya kilsəyə çatması üçün vergiödəyicisi fiskal orqanlara arayış təqdim edir. Bir qayda olaraq "dini vergi” gəlir vergisinin 3-5 faizini təşkil edir.

Təqaüdçülər, aztəminatlılar və  tələbələr bu vergidən azaddır. Vergi ateistlərə və digər konfessiyaların nümayəndələrinə şamil olunmur.

OXŞAR XƏBƏRLƏR

Yollardakı yeni kameralar sürücüləri çaşdırdı

Sosial şəbəkələrdə yollarda videokameralar quraşdırılması sürücülər arasında müəyyən fikirlər yaradıb.   Sfera.az xəbər verir ki, sürücülər ...

EBRD və "Unibank" Azərbaycanda ticarət maliyyələşməsini dəstəkləyəcək

"Unibank" və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) arasında ticarət əməliyyatlarının dəstəklənməsinə yönəlmiş yeni tərəfdaşlıq razılaşması əldə ...

Emmanuel Makron Prezident İlham Əliyevlə görüşdü - VİDEO

Prezident İlham Əliyev Albaniyada “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısında iştirak edir.   Sfera.az xəbər verir ki, Albaniy...

Albaniyanın Baş naziri Melonini diz çökərək QARŞILADI – VİDEO

  Xəbər verdiyimiz kimi, Albaniyanın paytaxtı Tirana şəhərində “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısının açılış mərasimi keçirilib. ...

"Məktəblərdə təhlükəsizlik protokolları hazırlanmalıdır" - Hüquqşünas

Son vaxtlar Bakıda uşaq oğurluqları ilə bağlı narahatedici xəbərlər yayılmaqdadır. Sosial şəbəkələrdə və xəbər portallarında yayılan məlumatlara görə, bir neçə ...

Milli Məclisin növbəti iclasının vaxtı açıqladı

Milli Məclisin növbəti iclası 23 mayda keçiriləcək.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədr...