Yəmən ordusu işğalçı hərbçiləri pusquya saldı

Yəmən ordusu işğalçı hərbçiləri pusquya saldı
Ötən gün Yəmən ordusu ölkənin şimalında yerləşən Əl-Cəuf vilayətində eks-prezident Mansur Hadi və Səudiyyə Ərəbistanının dəstəklədiyi qüvvələrə qarşı əməliyyat keçirib.  
 
Əməliyyat nəticəsində işğalçı qüvvələrə məxus 3 zirehli texnika məhv edilib və bir neçə hərbçi öldürülüb.   Məlumata əsasən, işğalçı qüvvələr hücum zamanı döyüş meydanında qoyduqları zirehli texnikaları təxliyə etmək üçün keçirdikləri əməliyyatda Yəmən ordusu tərəfindən pusquya düşürülüblər. 


OXŞAR XƏBƏRLƏR