Deputatlar söyüş söyənlərə qucaq açan "YouTube"un bloklanmasını TƏKLİF ETDİ

Deputatlar söyüş söyənlərə qucaq açan
""YouTube” kimi sosial şəbəkələr bağlanmalıdır”.
 
Sfera.az-a açıqlamasında bu sözləri son zamanlar ardıcıl olaraq sözügedən sosial şəbəkədə xaricdə qaçıb həmin şəbəkədən istifadə etməklə Azərbaycan dövləti, onun tanınmış şəxsləri barəsində olmazın təhqirəmiz fikirlər səsləndirən, söyüş kampaniyası aparanlara qarşı hüquqi baxımdan hansı müstəvidə mübarizə aparmağın vacib olduğuna münasibət bildirərkən Mili Məclisin deputatı Araz Əlizadə deyib:
 
"YouTube kimi sosial şəbəkələr kəşfiyyat orqanlarına işləyir. Bu dairələr isə Azərbaycanın müstəqil siyasət yürütmələrindən xoşları gəlmir. Onların məqsədi ölkəmizi zəiflətmək, özlərindən asılı hala salmaqdır. Sosial şəbəkələrdən şəxsən istifadə etmirəm. Sizə də məsləhət görmürəm. Bu kimi sosial şəbəkələrin hamısının bağlanmasının tərəfdarıyam”.
 
Sabiq millət vəkili Nazim Fərəcov da sayta açıqlamasında belə bir sosial şəbəkənin bloklanmasını daha vacib bildi:
 
"Sosial şəbəkələrdən istifadə etməklə söyüş söyənlər tərbiyyə görməyən adamlardır. Belə təhqirə yol verənlərə qarşı qanuni müstəvidə kəskin addımlar atılmalıdır. Belələrinə imkan vermək lazım deyil ki, Azərbaycan xalqı onların səslərini, söyüşlərini eşitsin. Bu mənada "YouTube" kimi sosial şəbəkələr bloklansa daha yaxşı olar”.
 
Milli Məclis deputatı Aqil Abbas da sözügedən məsələdə digər həmkarları ilə eyni mövqedən çıxış etdi:
 
"Adətən sosial şəbəkədə hər hansı bir təhqiredici sözə görə onu yazan dərhal şəbəkəyə nəzarət edən tərəfindən bloklanır. Azərbaycanda da belə sosial şəbəkələri bloklamaq olar. Tənqid mümkündür və Azərbaycanda bunu edirlər də. Ancaq təhqir və söyüşə yol verilməməlidir. Bu mənada sosial şəbəkələrdə dövlətimiz və siyasi xadimlər barədə təhqiramiz fikirlər səsləndirənlər də bloklanmalı, onlara xəbərdarlıq edilməlidir. Ancaq bunu etmir və etməyəcəklər də, Düşünmürəm ki, həmin "YouTube" sosial şəbəkəsinə nəzarət edənlər bunu etsinlər. Çünki həmin adamları danışdıran, onlara pul verənlər də məhz bu qüvvələrdir. Ancaq Azərbaycanın imkanı var ki, həmin halların qarşısını alsın”.
 
Qeyd edək ki, son zamanlar xaricdə məskunlaşan bir sıra sapı özümüzdən oaln baltalar yenidən söyüş kampaniyasına start veriblər. Bu zaman onlar heç bir etik qaydalara məhəl qoymadan dövlətimizi, tanınmış şəxsləri təhqir edirlər. Bu prosesdə onlar əksər hallarda YouTube kimi sosial şəbəkənin imkanlarından "yaralanırlar. Belə vəziyyətlərdə adətən təhqirə yol verənlər sosial şəbəkəyə nəzarət edənlər tərəfindən xəbərdarlığa məruz qalır, yaxud da bloklanırlar. Lakin nədənsə YouTube sosial şəbəkəsi dövlətimizi təhqir edənlərə münasibətdə bu kimi addımlara əl atmırlar.
 
ELÇİN
Sfera.az





OXŞAR XƏBƏRLƏR

Azərbaycanlı aktrisadan cəsarətli paylaşım – FOTOLAR

Türkiyədə yaşayan tanınmış aktrisa Nəsrin Cavadzadə yenə də diqqətləri üzərinə çəkməyi bacarıb. Aktrisa bu dəfə başdan-ayağa transparan libas seçimi ilə gündəmə...

Rusiya-Ukrayna müharibəsində dönüş olacaq?: "Zaman bu ölkənin xeyrinə işləyir"

Ukrayna və Rusiya prezidentlərinin danışıqlara başlanılması ilə bağlı verdiyi açıqlamalar münaqişənin həllində dönüş olacağına dair ümidlər yaradıb. Bəzi mülahi...

Hindistanda 32 hava limanı yeni işlək hala gəldi

Hindistan hakimiyyəti Hindistan-Pakistan sərhədində artan gərginlik fonunda əvvəllər bağlanmış 32 hava limanının fəaliyyətini bərpa etmək qərarına gəlib. &nb...

Müğənni Nigar “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? - FOTO

Müğənni Nigar Rəhimova "Vətən Müharibəsi iştirakçısı" medalı ilə təltif edilib.   Sfera.az xəbər verir ki, bu barədə Nigar Rəhimova öz...

ABŞ və Çin 90 günlük razılığa gəldi

ABŞ və Çin 90 gün müddətinə ticarət rüsumlarını qarşılıqlı azaltmaq barədə razılığa gəliblər.   Sfera.az xəbər verir ki, ABŞ Maliyyə Naziri Scott Bes...

Gəncədə yaşayış binasında PARTLAYIŞ: Ölən və xəsarət alan var

Gəncədə yaşayış binasında partlayış olub.   Sfera.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.   Belə ki, sözügedən ərazi...