Millət vəkilinin paylaşdığı foto başına bəla oldu-Foto

Millət vəkilinin paylaşdığı foto başına bəla oldu-Foto
Türkiyəli millət vəkili paylaşdığı foto ilə gündəmi alt-üst edib.
 
Sfera.az xəbər verir ki, hakim AK Partiyanın  Sakaryadan olan  millət vəkili Kenan Sofuoğlu otağında paylaşdığı  şəklə yazdığı başlıq başına bəla olub. Sosial mediadan millət vəkilini istefaya səsləyənlərin sayı durmadan artır.  Şəkildə yanında olanları "qulluqçularım”  kimi təqdim edən millət vəkilinə AK pariyadan da sərt etiraz gəlib. Millət vəkili fotonu silsə də, onun cəzalanacağı qaçılmazdır. Həmçinin millət vəkilinin milyonluq maşını da sosial şəbəkədə müzakirə mövzusuna çevrilib. 
 
O "Lamborghini Aventador” ilə şəklini paylaşaraq "mənim maşınımın səsindən parlamentə gəldiyini anlayacaqlar”-yazmışdı.





OXŞAR XƏBƏRLƏR