Yol polisi saxladı, sürücünün ürəyi getdi – Bakıda - VİDEO

Yol polisi saxladı, sürücünün ürəyi getdi – Bakıda -  VİDEO

Yol polisi əməkdaşı avtomobilə yaxınlaşarkən sürücü qapını açaraq yerə yıxılıb

Bakıda maraqlı hadisə baş verib. Ələkbər Akbərov adlı oxucunun Avtosfer.az-a göndərdiyi videoda sürücünün yerə yıxıldığı, ərazidə bir neçə yol polisi əməkdaşı və mülkü şəxsin olduğu əks olunur.

Oxucu bildirir ki, avqustun 12-də, saat 18.30 radələrində İran İslam Respublikasının Bakıdakı səfirliyinin qarşısında – Axundov bağının yanında motosikletlə xidmət aparan yol polisi əməkdaşı bir avtomobili saxlatdırıb. Digər yol polisi əməkdaşı həmin avtomobilə yaxınlaşarkən «Nissan-Juke» markalı avtomobilin sürücü qapını açaraq yerə yıxılıb. Ətrafdakı insanlar sürücünün üzünə su vurmaqla onu ayıltamağa çalışırlar. Hadisənin necə baş verdiyi tam məlum olmasa da, inanırıq ki, «Təhlükəsiz şəhər» kameraları vasitəsilə məsələni aydınlaşdırmaq mümkün olacaq.

Sfera.az


OXŞAR XƏBƏRLƏR