Bir il ərzində kökəlib, yenidən sürətlə arıqladı - fotolar
Fitnes məşqçisi Dryu Menninqin heç vaxt artıq çəkiylə bağlı problemi olmayıb. Sfera.az
Bütün həyatı böyu ideal fiziki görüntüsü olan Dryu uşaqlıqdan idmanla məşğul olub. Buna görə də, onun kök müştəriləri tez-tez "sən bizi heç vaxt başa düşə bilməzsən, şirniyyatsız və dadlı yeməksiz qalmaq necə bir şeydir" deyir.
Məşqçi onların haqlı olduğunu düşünərək özü üçün 12 aylıq proqram hazırlayır. O, fast-fud və şirniyyata üz tutaraq kökəlməyə başlayır. 24-cü həftədə onun çəkisi artıq 120 kiloqram olur. Bundan sonra isə Dryu yenidən arıqlamağa başlayır. Düzgün qidalanma və idmanla o, əvvəlkindən də yaxşı formaya düşərək heç bir şeyin mümkünsüz olmadığını nümayiş etdirir.
Sfera.az adme.ru-ya istinadən məşqçinin bir il ərzində kökəlib yenidən arıqlamasını ardıcıl olaraq göstərir.
OXŞAR XƏBƏRLƏR