Azərbaycanda ipoteka kreditləşməsi azalıb

Azərbaycanda ipoteka kreditləşməsi azalıb

Mərkəzi Bank yanında fəaliyyət göstərən Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə 2015-ci ilin yanvar-iyun aylarında 56,5 milyon manat məbləğində kredit verilib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 12 faiz azdır.

Bu barədə AİF-in saytında dərc edilən statistik hesabatda deyilir.

Hesabata əsasən, iyunda AİF xətti ilə 9,5 milyon manat kredit verilib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 18,75 faiz çoxdur.

2015-cü ilin iyun ayı ərzində bankların əvvəllər ayırdığı kreditlərin yenidən maliyyələşməsinin ümumi həcmi 37,8 milyon manat təşkil edib.

Hesabat dövründə müvəkkil banklar tərəfindən verilən orta aylıq kredit məbləği 40584 manat, kreditin orta ödəniş müddəti – 279 ay, orta illik faiz dərəcəsi – 6,73 faiz, orta aylıq ödəniş – 297,4 manat təşkil edib.

Bu ilin iyun ayında dövlət büdcəsindən AİF-ə 4,7 milyon manat ayrılıb. //Trend

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Beyons konsert çıxışı zamanı qadağan olunmuş jest etdi

43 yaşlı amerikalı müğənni Beyons Texas-Ravensdə Milad ərəfəsində çıxış edib. Çıxışı zamanı o barmaqları ilə NFL-də qadağan edilən tapança jesti edib. Sfer...

ABŞ-ın bu şəhərində bir qanun sayəsində cinayət nisbəti demək olar ki, tamamilə sıfıra enib

Amerikanın Corciya ştatında yerləşən Kennesaw şəhərinin sakinləri silahlarla bağlı özünəməxsus qanunvericiliyə malikdirlər. Sfera.az bildirir ki, bu qanun bü...

Baqajdan tapılan qorilla balası müsadirə edildi - VİDEO

İstanbul hava limanında qəribə qaçaqmal aşkarlanıb. Gömrük işçisi yükə baxış keçirən zaman mayka geyinmiş qorilla balası aşkar edib. Körpə hava üçün deşikləri o...

Səmada 88 bürcün şəkilləri dərc edilib - FOTO

Milli Optik və İnfraqırmızı Astronomiya Rəsədxanası NOIRLab Beynəlxalq Astronomiya İttifaqı tərəfindən tanınan bütün 88 bürcün şəkillərini dərc edib.   ...

Gizli xərçəngin üç əsas əlaməti açıqlanıb

İlkin mərhələdə bağırsaq xərçəngi praktiki olaraq heç bir simptom olmadan baş verir. Sfera.az xəbər verir ki, bunu onkoloq cərrah Elena Smirnova deyib. Hək...

Direktor müavini: Yaralılarından biri reanimasiyaya yerləşdirilib

Qazaxıstanın Mangistau regional xəstəxanasından Bakıdakı Yeni Klinikaya gətirilmiş 14 yaralıdan biri reanimasiyaya yerləşdirilib.   Sfera.az xəbər ve...