Təyyarə yaşayış evinin üzərinə düşdü - VİDEO

12:26 / 26.12.2018
1751
ABŞ-ın Cənubi Dokata ştatında yüngül motorlu təyyarə yaşayış evinin üzərinə düşüb.
Sfera.az xəbər verir ki, bu barədə "The Global News” xəbər verib.
Təyyarə iki yaşayış evinin arasında qəzaya uğrayıb. Qəza nəticəsində pilot həlak olub. Xilasedicilər axtarışlara davam edirlər.
Eyni gün Amerikada daha bir avia hadisə baş verib. Mayami ştatında yüngül motorlu təyyarə qəzaya uğrayıb. Təyyarənin bortunda 4 nəfər olub. Xoşbəxtlikdən hava gmisi suya düşüb və bütün sərnişinlər xilas edilib.