Putindən Türkiyə ilə barışıq şərti - VİDEO

Putindən Türkiyə ilə barışıq şərti -  VİDEO

İki ölkənin dövlət başçıları arasında telefon danışıqları belə baş tutmur.

“ Moskva - Ankara münasibətlərinin düzəlməsi üçün ilk addımı Türkiyə atmalıdır” ANS TV-nin 

məlumatına görə, bu sözləri Rusiya prezidenti Vladmir Putin Qazaxıstan prezidenti Nursultan 

Nazarbayevlə telefon danışığı zamanı söyləyib.

Türkiyə-Rusiya arasındakı münasibətlər müzakirə edilərkən Putin Türkiyə tərəfinin problemi daha da dərinləşdirdiyini əlavə edib.

Bu telefon danışığı gözlənilən idi. Çünki fevralın 6-da Türkiyənin Baş naziri Əhməd Davudoğlunun

 Qazaxıstan səfəri zamanı prezident Nursultan Nazarbayevlə Rusiya-Türkiyə münasibətləri 

müzakirə mövzusu olub.

Güman edilir ki, Davudoğlu Nazarbayevdən iki dövlət arasında vasitəçilik etməsini istəyib.

 Nazarbayev isə görüş zamanı Rusiya-Türkiyə böhranın onun ölkəsi üçü də böyük problem 

yaratdığını və çıxış yolu üçün mümkün variantların nəzərdən keçirilməsinin vacibliyini vurğulayıb. 

Türkiyə tərəfi Putinin dediyi kimi, Rusiyaya tərəf müəyyən addımlar atıb. Bu Türkiyə rəsmilərinin

 Rusiyaya yaxın ölkələrə səfərləri və birbaşa Moskvanın təsir dairəsində olan dövlətlərə səfərlərindən

 anlaşılır. Vəziyyət o həddə çatıb ki, iki ölkənin dövlət başçıları arasında telefon danışıqları belə 

baş tutmur. 

Baxmayaraq ki, bir müddət əvvəl Türkiyə tərəfi Putinin Ərdoğanın telefonuna cavab vermədiyini

 açıqlayıb.

İki ölkə arasında soyuq münasibətlər Rusiyaya məxsus Su 24 təyyarəsinin Suriya ilə sərhəddə 

vurulmasından sonra yaranıb. Türkiyə bu addımı Rusiyanın sərhədi pozduğu üçün atdığını bildirib.

 Rusiya isə Türkiyə sərhədini pozmadıqlarını bildirib. Hazırda iki ölkə arasında soyuqluq iqtisadi 

sahədə qarşılıqlı sanksiyalarla özünü göstərir. 


OXŞAR XƏBƏRLƏR

“Qarabağ” daha bir transferini açıqladı

“Qarabağ” yeni mövsüm üçün növbəti transferini rəsmiləşdirib.   Ağdam klubundan Sfera.az-a verilən məlumata görə, son ölkə çempionu ...

Ərdoğanla Paşinyan arasında görüş başlayıb

İstanbul şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş başlayıb.   Sfera.az xəbər ve...

Ceyhun Bayramov İstanbula işgüzar səfərə yola düşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin İstanbul şəhərinə işgüzar səfərə yola düşüb.   Sfera.az xəbər verir ki, bu barədə Az...

Burun əməliyyatından sonra ölən Nəzrin Mansurlu ilə bağlı yeni detallar üzrə çıxdı

Burun əməliyyatından sonra komaya düşən Nəzrin Mansurlunun ölümü ilə bağlı təqsirləndirilən həkim Sənan Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi ke...

Sabah Bakının bu ərazilərində qaz olmayacaq

Nəsimi rayonu, Azadlıq prospekti ilə Nəsibbəy Yusifbəyli küçələrinin kəsişməsinde yeraltı orta təzyiqli qaz kəmərindən ayrılan qaz xəttində sızmanın aradan qald...

İcra başçısıilə yanaşı bu məmurlar da saxlanılıb - ADLAR

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Qax Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat nəticəsində ümumilikdə 9 nəfər saxlanılıb.   Sfera.az xəbər ...