Bu yazını oxuyandan sonra heç vaxt portağal qabıqlarını atmayacaqsınız

Bu yazını oxuyandan sonra heç vaxt portağal qabıqlarını atmayacaqsınız
Portağal qabıqları insan sağlamlığı üçün meyvənin özündən də faydalıdır.

Portağal qabıqlarında olan qiymətli bioloji aktiv maddələr bizi bir çox xəstəliklərdən qoruya bilər. Odur ki, qabıqları atmayın, onları qurudun və yeməklərə, şirniyyatlara əlavə edin, çay kimi dəmləyib için. Həm dadlı, həm də çox faydalıdır.
Sfera.az saglamolun.az-a istinadən bildirir ki, biolflavonoidlərlə zəngin olan portağal qabıqları ürək-damar xəstəliklərinin riskini azaldır, qanda xolesterinin səviyyəsini aşağı salır, iltihabı azaldır, yüksək təzyiqi tənzimləməyə yardım edir. Portağal qabıqlarından hazırlanmış çay əsl təbii ürək dərmanıdır. Çayı hazırlamaq üçün 1 portağalın qabıqlarını doğrayıb, termosa qoyun, üzərinə yarım l qaynar su töküb, 1-2 saat ərzində dəmləyin, sonra süzün və adi çay kimi için. Çaya bal əlavə edin.  

Portağal qabığı ağız boşluğu gigiyenası üçün çox faydalıdır, burada yaşayan ziyanlı mikrobları öldürür, pis ağız qoxusunu yox edir, damaqları möhkəmləndirir. Həmçinin portağal qabığını çeynəmək dişləri ağardır.

Portağal qabığı ag ciyərin fəaliyyətini yaxşılaşdırır, bəlğəmi duruldur və nəfəs yollarından çıxmasını asanlaşdırır. Öskürək və bronxit zamanı portağal qabıqlarından hazırlanmış çay için. Belə çay həmçinin soyuqdəymə və qripp zamanı da çox faydalır.

Portağalın ağ qabığı xərçəng əleyhinə təsirə malikdir, xüsusilə bu bağırsaq xərçənginə aiddir.

Portağal qabıqları həzm və maddələr mübadiləsi proseslərini sürətləndirir, arıqlamağa kömək edir.

Portağal qabığı C vitamini ilə çox zəngindir. Bu vitamin damarların sağlamlığını və dərinin cavanlığını qoruyur.

OXŞAR XƏBƏRLƏR

Rusiyada döyülən azərbaycanlı qadın: “Mənə təxribatçı suallar verdilər” - VİDEO

Rusiyanın Yekaterinburq şəhərində restoranda çalışan azərbaycanlı qadın "KRİK-TV"nin əməkdaşının hücumuna məruz qalıb. Belə ki, televiziya əməkdaşı Al...

Günvurma bu şəxslər üçün risklidir - AÇIQLAMA

Yay aylarının ən çox rast gəlinən sağlamlıq problemlərindən biri günvurmadır. Bu zaman bədənin istilik tənzimi pozulur, daxili orqanlarda zədələnmələr baş verə ...

Qarpızdan 16 nəfər zəhərlənib

May-iyun ayları ərzində Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qarpızdan zəhərlənmə şübhəsi ilə 16 nəfər müraciət edib.  ...

"Azərbaycanın baş prokuroru ilə əlaqədəyik" - Peskov

İstintaq Komitəsinin sədri Aleksandr Bastırkin Azərbaycanın baş prokuroru ilə əlaqədədir, tərəflər Yekaterinburq və Bakıda baş vermiş rezonans hadisələrin araşd...

Sabah 33 dərəcə isti olacaq – PROQNOZ

İyulun 3-də gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarıma...

Rusiyada güclü zəlzələ baş verdi

Petropavlovsk-Kamçatski yaxınlığında 5,2 bal gücündə zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. ...