Bir qrup həkim jurnalistləri təhqir etdi - FOTOLAR

Bir qrup həkim jurnalistləri təhqir etdi -  FOTOLAR

Facebook-da fəaliyyət göstərən "Modern Doctors of Azerbaijan" qrupunda bir neçə gün öncə döyülən, daha sonra isə xəstəxanada dünyasını dəyişən jurnalist Rasim Əliyevin ölümünə görə sosial şəbəkələrdə həkimləri tənqid edən jurnalistlər haqda xoşagəlməz sözlər yazılıb. 

Sfera.az azxeber.com-a istinadən xəbər verir ki, qrupda yalnız tibb işçiləri, həkimlər olur və müzakirələr aparılır. Həkim Natavan Ramazanzadə qrupda yazdığı status isə sosial şəbəkədə yayımlanıb. Həkim "xəstəxanada xəstə ölər də" yazıb və jurnalistin ölümünü normal qarşıladığını bildirib. Bu statusa həkim Nurlan İbrahimli isə təhqiredici şərh yazıb. O jurnalistləri "zurnalist" adlandırıb.

Digər həkim Kamil Quluzadə isə daha da irəli gedərək jurnalistləri "şərəfsiz" adlandırıb. 

Sayt məsələylə bağlı kiçik araşdırma aparıb və məlum olub ki, bu statusu yazan Natavan Ramazanzadə Azərbaycanda Tibb Universitetini, Türkiyədə isə Çukurova Univerisetitində təhsil alıb və hazırda baş-boyun cərrahı kimi fəaliyyət göstərir.

Jurnalisti təhqir edən Nurlan İbrahimli də Azərbaycan Tibb Universitetində təhsil alıb.

Digər həkim Kamil Quluzadə isə Quba Müalicə Diaqnostika Mərkəzində həkim - cərrah olaraq fəaliyyət göstərir. 

Həkimlərin gizli qrupunda bu cür yazışmasının olması bir daha Azərbaycanda səhiyyənin durumunu və bəzi həkimlərin xəstələrə münasibətini ortaya qoyur.

Jurnalistləri təhqir edən həkim Nurlan İbrahimliyə isə xatırlatmaq istərdik ki, Prezident İlham Əliyev jurnalistin məsələsini şəxsi nəzarətinə götürüb və Rasim Əliyevin döyülməsi və fiziki xəsarət alaraq dünyasını dəyişməsi barədə məlumatdan ciddi narahat olub. 

Mərhum jurnalisti təhqir edən həkimlərin yazışmasını və fotolarını təqdim edirik:


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...